Azərbaycan Milli Bankı 2007-ci ildə beynəlxalq standartlara uyğun elan etdiyi pul siyasəti yürütmək üçün “faiz dərəcələri dəhlizi” üsulunun tətbiqinə başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-nın mətbuat xidmətindən məlumat verilib.
Pul siyasəti alətlərinin yeni strukturunun tətbiqinə 2007-ci ilin 2-ci rübündən başlanılacaq. Bu üsulun tətbiqi yeni əməliyyat strukturunu nəzərdə tutur ki, bu da iqtisadiyyatda pulun dəyərinə AMB-nın təsir imkanlarını genişləndirməyə və operativ pul idarəçiliyinin səmərəliliyini gücləndirməyə imkan verəcək. Yeni əməliyyat strukturuna əsasən MB pul bazarında iki istiqamətdə əməliyyat aparacaq: çərçivə alətləri və açıq bazarda əməliyyatlar. Birinci halda birgünlük repolardan (vəsaitlərin cəlb olunması aləti) və əks repolardan (vəsaitlərin paylanması üzrə alət) istifadə nəzərdə tutulur.
AMB çərçivə alətləri üzrə əməliyyatları bankların təşəbbüsü ilə istənilən vaxt apara bilər. Beləliklə çərçivə alətləri üzrə faiz dərəcələri AMB-nın apardığı digər əməliyyatların faiz dəhlizində təşkil olunacaq. Dəhlizin minimum həddi vəsaitlərin cəlb olunma (repo) dərəcələri, maksimum həddi isə əks repoların dərəcələri əssasında müəyyən olunacaq. MB-ın təkrar maliyyələşdirmə dərəcəsi faiz dəhlizinin parametrlərindən biri olacaq.
“Faiz dəhlizi”nin parametrlərinin qiymətləndirilməsi (çərçivə alətləri üzrə faiz dərəcələri və təkrar maliyyələşdirmə) ikinci rübdən başlayaraq ayda iki dəfə aparılacaq. Əgər zərurət yaranarsa AMB-nın idarə heyətinin qərarı ilə əlavə olaraq müəyyən ediləcək.
Hazırda “faiz dəhlizi”nin parametrlərinin qiymətləndirilməsi Bakı Fond Birjasında həyata keçirilən MB-ın hərracları zamanı müəyyən olunur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət