Maliyyə Nazirliyi dövlət alqılarının maliyyələşdiriliməsi qaydalarını sərtləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Satınalmalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Maliyyə Nazirliyinə yeni nazirin gəlişi ilə dövlət satınalmaları sisteminə yanaşma dəyişib. Maliyyə Nazirliyi nazirlik və idarələr tərəfindən alqıların dövlət büdcəsindən maliyyələşdirilməsinə yanaşma qaydalarını sərtləşdirib”, - deyə agentlikdəki mənbə bildirib. Onun sözlərinə görə Maliyyə Nazirliyinin yeni qaydalarına əsasən hazırda tender olmadan həyata keçirilən alqılar maliyyələşdirilməyəcək. “Biz Maliyyə Nazirliyinin bu addımını haqlı hesab edirik və dəstəkləyirik”, - deyə o əlavə edib. Mənbə deyib ki, hazırda alqılar zamanı dövlət qurumları tərəfindən tenderlərin keçirilməsilə bağlı vəziyyət xeyli yaxşılaşıb. “1998-1999-cu illərdə bəzi nazirlik və idarələrin tender olmadan alqılar həyata keçirməsilə bağlı vəziyyətlə üzləşmişik. Hazırda vəziyyət dəyişib; dövlət idarələri və qurumlar tenderler keçirir”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2006-cı ildə dövlət təşkilatları tərəfindən keçirilən tender və qiymətləndirmələr əsasında alqıların həcmi 1 mlrd. 969,73 mln. manat təşkil edib. Ötən il 5 975 tender və dövlət satınalmaları həyata keçirilib. Tender vasitəsilə dövlət satınalmalarının aparılması alqının dəyərindən asılı olaraq 151,1 mln. manat və ya 7,13% həcmində büdcə vəsaitlərinəqənaət etməyə imkan verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət