Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Əşrəfi” yatağının işlənməsi üzrə Almaniyanın “Wintershall” şirkəti ilə qarşılıqlı anlaşma haqda memorandum imzalayıb.
Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev “İnterfaks-Azərbaycan” eksklüziv müsahibəsində bildirib.
“Hazırda ARDNŞ-də “Ümid”, “Babək”, “Naxçıvan” perspektiv strukturları, “Qarabağ”, “Əşrəfi”, “Abşeron” yataqları üzrə iş strategiyası hazırlanır. Yataqların bir qisminin müstəqil, digərlərinin isə xarici şirkətlərlə birgə işlənməsi nəzərdə tutulur. “Əşrəfi” yatağının işlənməsi üzrə Almaniyanın “Wintershall” şirkəti ilə artıq müvafiq memorandum imzalanıb.Bir sıra xarici şirkətlər “Ümid”, “Babək” strukturlarına və “Abşeron” yatağının işlənməsinə maraq göstərir”, - deyə R.Abdullayev vurğulayıb. O qeyd edib ki, həmin yataqların və strukturların işlənməsindən məqsəd ARDNŞ tərəfindən hasilatı sabit səviyyədə saxlamaqdır.
Müsahibənin tam mətni “İnterfaks-Azərbaycan” agentliyinin www.interfax.az. saytında yarləşdirilib.
“Əşrəfi- Dan ulduzu” struktur blokunun işlənməsinə dair müqavilə 1997-ci ildə ARDNŞ (20%), BР (30%), “Unocal” (25,5%), “Itochu” (20%) və “Delta HESS” (4,5%) arasında imzalanıb. “Əşrəfi” yatağında 20-40 mln. ton karbohidrohen ehtiyatlarının olması aşkar edilib. Lakin müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib.
“Əşrəfi” xarici şirkətlər üçün açıq olan ilk yataq olmuşdur. Yataq Abşeron arxipelaqının şimalında, Bakıdan 105 km. şimal-şərqdə yerləşir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət