Enerjidaşıyıcılarının və mənzil-kommunal təsərrüfatı (MKT) xidmətlərinin qiymətlərinin artırılması kommunal xidməti müəssisələrinin maliyyə durumunun yaxşılaşmasına imkan verəcək. Dünya Bankının (DB) Azərbaycan nümayəndəliyinin başçısı Qreqori Yeceyçak bu fikirdədir.
Q.Yeceyçakın bəyanatı Bankın Bakı nümayəndəliyi tərəfindən yayılıb. Sənəddə DB rəsmisi MKT xidmətləri qiymətlərinin artırılmasını qiymətləndirib, bu artımın inflyasiya tendensiyasına təsirini təhlil edib, həmçinin DB-nın kommunal islahatların keçirilməsində Azərbaycana yardım göstərməyə hazır olduğu istiqamətləri açıqlayıb. “Yeni tariflər tətbiq olunmazdan öncə kommunal xidmətlər sahəsi maliyyə baxımından həyati əhəmiyyət kəsb etmirdi. Elektrik stansiyaları üçün yanacağın nəqli məsələsində “Azərenerji” ARDNŞ-dən asılıdır, lakin çatdırılma haqqını ödəməyə qadir deyil. “Azəriqaz” də oxşar vəziyyətdir. Hər iki halda dövlət tərəfindən subsidiyalar verilib. Subsidiyaların həcmi 2006-cı ildə $320 mln. təşkil edib”,- deyə bəyanatda vurğulanır.
DB hesab edir ki, kommunal müəssisələrin düşdüyü sərt maliyyə durumu elektrik enerjisi tariflərinin 1997-ci ildən bu yana qaldırılmaması nəticəsində yaranıb. “Bu müddətdə orta aylıq əməkhaqqı dəfələrlə, minimal əməkhaqqı isə 5 dəfə artırılıb. Bundan başqa, yanacaq haqqı da daxil olmaqla, digər xərclər də bir neçə dəfə artıb. Odur ki, bunun “yerini doldurmaq” zərurəti meydana çıxıb”, - deyə sənəddə vurğulanır. Nümayəndəliyin başçısı hesab edir ki, kommunal xidmətlərin sabit həddə göstərilməsi maliyyə baxımından vacib sayılan, təkmilləşdirilmiş idarəetmə sistemi ilə xarakterizə olunan müəssisələrin mövcudluğu şəraitində mümkündür. “Biz gözləyirik ki, tariflərin artırılması kommunal xidmət sahəsini təsərrüfat və biznesə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün zəruri olan investisiya resursları ilə təmin edəcək, həmçinin enerji və yanacağın istehlakçılar tərəfindən daha məhsuldar istifadəsini stimullaşdıracaq”, - deyə sənəddə qeyd olunur.
Bank kommunal xidmət sektorunda islahatların aparılması üçün beş bənddən ibarət Dövlət Proqramını dəstəkləməkdə davam etməyə hazırdır. Bunlar istehsal xərclərinin əvəzini ödəməyə yönəlik tariflərə keçid, yığım səviyyəsinin artırılması, təbii inhisarların düzgün tənzimlənməsi, beynəlxalq maliyyə hesabatları standartlarının (BMHS) kommunal xidmət müəəssisələrində tətbiqi və onların idarəçiliyinin yaxşılaşdırılması, əhalinin aztəminatlı təbəqəsinə mənfi təsirin aradan qaldırılması üçün ünvanlı sosial yardımın tətbiqidir.
DB ekspertləri son tarif artımlarının istehlak qiymətləri indeksinə (İQİ) təsirini qiymətləndirmək üçün bir neçə yanaşmadan istifadə ediblər. Onların nəticələri göstərir ki, tarif artımının istehlak qiymətləri indeksinə təsiri 3-4% təşkil edə bilər. Sənəddə deyilir ki, kommunal xidməti müəssisələrinin fəaliyyətini təkmilləşdirmək məqsədilə DB korporativ və büdcə sektorlarında maliyyə hesabatı layihəsini hazırlayır.
“Bank sosial müdafiə strukturunun islahatlarını dəstəkləməkdə davam edəcək. Bank bu sahədə hökümətin islahat proqramını həyata keçirilən pensiya və sosial təminat layihəsi vasitəsilə dəstəkləyir. Layihə məişət xidmətləri sahəsində sosial islahatların nəticələrini yumşaltmağa imkan verəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət