Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı martın əvvəllərində Bakıda müzakirə olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nəqliyyat Nazirliyindən məlumat verilib.
«Bu məqsədlə Bakıya nazir Məhəmməd Rəhməti başda olmaqla İranın Nəqliyyat Nazirliyinin nümayəndə heyəti gələcək. Səfər çərçivəsində iki ölkə arasında nəqliyyat sahəsində hazırki vəziyyət, əməkdaşlığın inkişaf yolları və yeni layihələr müzakirə olunacaq», - deyə idarədən bildirilib. Nazirlikdən qeyd ediblər ki, əsas diqqət “Şimal-Cənub” layihəsinin reallaşdırılmasına yönəldiləcək. «O cümlədən iranlı həmkarlarımızla layihə çərçivəsində sərhəddə inşa olunacaq obyektlər müzakirə olunacaq», - deyə məlumatda deyilir. Həmçinin, Bakıdan Naxçıvana İrandan keçməklə avtobus reyslərinin təşkili, avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılacağı da gözlənilir. «Eləcə də İranla Naxçıvan MR arasında sonradan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu ilə birləşəcək dəmiryolunun inşasının mümkünlüyü ilə bağlı danışıqlar aparılacaq»,- deyə Nazirliyin nümayəndəsi bildirib.
Azərbaycan dəmiryolunun İranın dəmirryolu şəbəkəsi ilə birləşməsi üçün Astara (Azərbaycan)- Astara(İran) dəmiryolu xəttinin və Astaraçay üzərindən 101 metr uzunluğunda dəmiryolu körpüsünün inşası da nəzərdə tutulub. Azərbaycanla İran arasında “Sərhəd dəmiryolu haqqında razılaşma” imzalanıb.
“Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi Avropadan Rusiya, Azərbaycan və İran ərazisindən keşməklə Hindistana və Cənub-Şərqi Asiya ölkələrinə vahid dəmiryolu xəttinin çəkilişini nəzərdə tutur.
“Şimal-Cənub” layihəsinin reallaşdırılması üçün ən azı $600 mln. vəsait tələb olunur. İşlərin əsas hissəsini Azərbaycanla sərhəddə qədər dəmiryoluna malik olmayan İran öz üzərinə götürüb. Azərbaycan ərazisində $20 məbləğində müəyyən işlərin həyata keçirilməsi zəruridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət