Respublikanın Daxili İşlər Nazirliyi (DİN) cümə günündən etibarən bütün polis idarələri və şöbələrində vətəndaşlara məhkumluğun olması və ya olmaması ilə bağlı arayışların verilməsinə başlayıb. Bu barədə DİN-dən məlumat verilib.
«Fevralın 1-dən DİN-in bütün polis idarələri və şöbələrində vətəndaşlara məhkumluğun olması və ya olmaması ilə bağlı arayışların verilməsinə başlanılıb. Belə arayışları almaq üçün Azərbaycan vətəndaşları, respublikada yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, eləcə də, qəyyumlar, yetkinlik yaşına çatmayanların valideynləri yaşadıqları yerin polis idarəsinə və ya şöbəsinə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim etməklə ala bilərlər», - deyə Nazirliyin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Ölkənin hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları belə arayışları respublikanın xaricdəki nümayəndəliklərinə müraciət etməklə ala bilərlər. Bununla yanaşı, MDB hüdudlarında yaşayan Azərbaycan vətəndaşları bu arayışları qaldıqları ölkənin miqrasiya xidmətindən və ya pasport-viza şöbəsindən əldə edə bilərlər. Azərbaycanda yaşayan əcnəbilər isə bu sənədi respublikanın Xarici İşlər Nazirliyinə (XİN) müraciət etməklə ala bilərlər.
Fevralın 1-dən arayışların verilməsi Azəebaycanın daxili işlər naziri Ramil Usubovun idarədaxili sərəncamı əsasında həyata keçirilir. Əmrə əsasən Azərbaycanın DİN vətəndaşlara belə arayışları ərizə təqdim etdikləri gün daxil olmaqla 15 gün müddətində verməlidir.
Ölkəyə gediş-gəliş zamanı məhkumluq arayışının olması vacibdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət