“Texnikabank” 2007-ci ildə 3 filial açmağı və filiallarının sayını 31-ə çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“2007-ci ildə bank minimum 3 yeni filialını açmağı planlaşdırır. 2008-ci ildə də həmin sayda filial açılması planlaşdırılır”, - deyə bankdakı mənbə bildirib. O qeyd edib ki, “Texnikabank”ın şəbəkəsinin genişləndirilməsi strateji inkişaf planında nəzərdə tutulub.
2006-cı ildə bankın 2 filial və 2 şöbəsi açılıb. Onları da nəzərə alsaq, paytaxtda və regionlarda “Texnikabank” ASC-nin 28 filialı və 3 şöbəsi işləyir. Bu göstərici üzrə bank ölkənin özəl bankları sırasında lider olub.
Qeyd olunub ki, 2007-ci ilin əvvəlində bank 29961 kart buraxıb; 2001 kredit və 27960 debet kartı. Bank tərəfindən 60 bankomat və 150 POS-terminal quraşdırılıb.
“Texnikabank” 1994-cü ildə yaradılıb. Təsisçilər 4 fiziki şəxsdir.
2005-ci ilin ilk yarım ilinin nəticələrinə əsasən aktivlərin sayına görə “Texnikabank” İnterfaks İAM tərəfindən hazırlanmış “MDB Bankları “İnterfaks - 1000” renkinqində 428-ci, Azərbaycan bankları sırasında isə 5-cı yeri tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət