İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak bazarında Nəzarət Xidməti ərzaq mallarının keyfiyyətinin laborator tədqiqi üçün avadanlıq almağı planlaşdırır. Bu barədə Xidmətin rəhbəri Xaliq Məmmədov jurnalistlərə cümə axşamı məlumat verib.
“Hazırda, biz NX-nin işinin səmərliliyinin artırılması üzrə texniki imkanları öyrənirik. Bu məqsədlə Azərbaycanda istehsal olunan, eləcə də respublikaya gətirilən 11 min adda malın laborator yoxlanılmasına imkan verən avadanlığın alınması planlaşdırılır”, - deyə o bildirib.
X.Məmmədovun sözlərinə görə avadanlığın alınması ilə bağlı planlarla əlaqədar hazırda təchizatçılarla müəyyən danışıqlar və məsləhətləşmələr aparılır.
O vurğulayıb ki, NX istehlak bazarında monitorinqlər və yoxlamalar keçirməyi planlaşdırır. “Yoxlamalar seçim üsulu ilə, eləcə də istehlakçıların şikayətləri əsasında aparılacaq. Bundan başqa, yoxlamaların keçirilməsi zamanı müəyyən malların mövsümi xarakteri də nəzərə alınacaq”, - deyə o əlavə edib.
Xidmət rəhbəri qeyd edib ki, hazırda yoxlamaların aparılma “metodikası və fəlsəfəsi” müəyyən olunur. “Biz aprelin 1-nə kimi bu işi bitirməyi planlaşdırırıq. Biz Səhiyyə Nazirliyi, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidməti ilə işləyəcəyik”, - deyə o vurğulayıb.
İstehlak bazarında Nəzarət Xidməti 2006-cı ilin dekabrında İqtisadi İnkişaf Nazirliyi sistemində struktur dəyişikliklər nəticəsində yaradılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət