“Azneftkimyamaş” ASC-nin Keşlə maşınqayırma zavodu Bakının mərkəzi hissəsindən şəhər kənarına köçürüləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azneftkimyamaş” ASC-dən məlumat verilib.
«Artıq Nazirlər Kabinetinin müvafiq sərəncamı var və aprelin sonlarına qədər zavodun köçürülmə planı hazırlanacaq. İlkin təkliflərə görə yeni zavod hazırda yaradılması istiqamətində işlərin aparıldığı Xızı-Siyəzən (Bakıdan 120 km şimala) və ya “Qaradağ” (Bakıdan 30 km cənuba) xüsusi iqtisadi zonalarında yerləşəcək», - deyə ASC-nin nümayəndəsi bildirib.
Hazırda, digər zavodun – “Səttarxan adına” SC-nin köçürülməsi başa çatmaq üzrədir.
Zavodlar sənaye obyektlərinin şəhərdən kənara çıxarılması üzrə baş plana uyğun olaraq köçürülür.
“Azneftkimyamaş” ASC maşınqayırma və neft-mədən avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşan 14 zavod və 4 institutu özündə birləşdirir. Sovet dövründə SSRİ-nin bütün neft-mədən avadanlıqlarının 70%-ə qədəri bu zavodların payına düşürdü.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət