Azərbaycan Nazirlər Kabineti 2007-ci il üçün 1,5 mlrd. manat dəyərində dövlət investisiya proqramını təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova məlumat verib.
“Nazirlər Kabineti 2007-ci il üçün investisiya proqramını təsdiq edib. 1,5 mlrd. manat dəyərində qiymətləndirilən bu proqram dövlət büdcəsindən maliyyələşəcək layihələrin siyahısını müəyyən edir”, - deyə o bildirib.
S.Məmmədova 2007-ci ildə bu proqramdan maliyyələşəcək layihələrin ümumi sayını açıqlamasa da “onların sayının çox olduğunu” qeyd edib. Onun sözlərinə görə 2007-ci il üçün investisiya proqramı əsasən infrastrukturun yaxşılaşdırılmasına yönəlik layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. “Maliyyələşmə həcminə görə 2-ci yerdə sosial obyektlərin yaradılması və ya yaxşılaşdırılmasına yönəlik layihələr duracaq”, - deyə o əlavə edib.
2006-cı ildə dövlət büdcəsindən maliyyələşən dövlət investisiya proqramının dəyəri 880 mln. manat təşkil edib.
İnvestisiya proqramının layihəsi İqtisadi İnkişaf və Maliyyə nazirlikləri tərəfindən hazırlanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət