Azərbaycan hökuməti xüsusi iqtisadi zonaların (XİZ) müəyyən rejimi ilə bağlı məsələ ətrafında idarələrarası məsləhətləşmələr aparır. Bu barədə Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev məlumat verib.
“Prezident İlham Əliyevin “Xüsusi zonaların yaradılması haqqında” 6 mart 2007-ci il tarixli fərmanını ölkə rəhbərliyinin siyasi iradəsi kimi qəbul etmək lazımdır. Hökumət artıq belə zonaların yaradılmasına hazırlıq istiqamətində iş aparır”, - deyə O.Haqverdiyev çərşənbə günü “Xüsusi iqtisadi zonalar: formalaşma və inkişaf aspektləri” mövzusunda elmi-təcrübi konfransda bildirib.
“Belə zonaların idarəolunması məsələsində problemlər mövcuddur. Dünyada bu zonaların xarici investorlar tərəfindən idarəolunması ilə bağlı təcrübə var. Lakin bu təcrübədə sərmayədarlar və hökumətin qarşılıqlı münasibətlərində mürəkkəbliklər var. Bundan başqa, zonaları idarəetmə Şurasının yaradılmasına dair təkliflər irəli sürülüb. Lakin burada da Şura ilə hökumətin qarşılıqlı fəaliyyəti məsələsi yaranır”, - deyə o bildirib.
Şöbə müdiri XİZ-in yaradılması zamanı ehtiyatlı olmağı zəruri hesab edir. Belə ki, bu cür zonaların kriminal qurumlar tərəfindən isitifadə edilməsi halları qeydə alınıb.
Onun sözlərinə görə XİZ-in yaradılmasının əsas şərtləri müasir infrastrukturun və bu zonanın dünya okeanına çıxışının olmasıdır. “Azərbaycan bu şərtləri təmin etmək üçün məsələləri həll edir. Məsələn, 2007-ci ilin dövlət büdcəsindən investisiya xərcləri üçün nəzərdə tutulmuş $1,5 mlrd. məbləğində vəsaitin 90%-i infrastrukturun yaxşılaşmasına yönəldiləcək”, - deyə O.Haqverdiyev qeyd edib.
O, XİZ-də vergi rejiminə toxunaraq bildirib ki, əgər ölkədə mənfəət vergisi 20% təşkil edirsə, o zaman XİZ-də 5% təşkil edə bilər. Onun sözlərinə görə Azərbaycan neft müqavilələri çərçivəsində xüsusi vergi rejiminin tətbiqi ilə bağlı təcrübəyə malikdir.
O.Haqverdiyev əlavə edib ki, dünyada təxminən 700 XİZ fəaliyyət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət