Azərbaycanda inflyasiya 2007-ci ildə hökumətin proqnozlarını 9% üstələyərək ikirəqəmli səviyyəyə çata bilər. Bu barədə ölkənin Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin rəisi Oqtay Haqverdiyev bildirib.
“2007–ci il üzrə inflyasiya 9% proqnozlaşdırılıb. Lakin bir iqtisadçı kimi hesab edirəm ki, biz bu səviyyəni çətin ki saxlaya biləcəyik. Çünki, ilin birinci rübünün yekunları üzrə inflyasiya proqnozlaşdırılan çərçivədən çox kənara çıxıb. Düşünürəm ki, bu il inflyasiya ikirəqəmli olacaq. Lakin bu, heç kimi qorxutmamalıdır. Axı, əhalinin pul gəlirlərinin artım tempi inflyasiyanı xeyli arxada qoyur.Odur ki, sosial xərclər az olacaq”, - deyə O.Haqverdiyev bildirib.
O, respublikada yanvar-mart aylarında inflyasiyanın ötən ilin analoji dövrü ilə müqayisədə 16,6% , 2006-cı ilin dekabrı ilə müqayisədə isə 9% təşkil etdiyini bildirib. Əhalinin nominal pul gəlirlərinin artımı bu ilin 1-ci rübünün yekunları üzrə 35% təşkil edir.
O.Haqverdiyevin fikrincə, inflyasiya artımının əsas səbəbi pul siyasəti və kommunal xidmətlərin dəyərinin bahalaşmasıdır.
“Göstərilən 16% inflyasiyanın yarısı pul siyasəti ilə əlaqədar yaranıb. Çünki, manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur. Artımın ikinci səbəbi isə istehlak bazarı ilə əlaqədardır. Adətən inflyasiya 525 adda məhsulla hesablanır. Lakin biz onu 40 adda məhsul (ərzaq, qeyri-ərzaq malları və xidmətlər) üzrə hesablayırıq. Hesablamalar göstərir ki, ərzaq mallarının qiyməti 26%, qeyri-ərzaq məhsullarının qiyməti 16,4%, xidmətlər üzrə qiymətlər 152% artıb. O cümlədən, su üzrə xidmətlər 247%, elektrik enerjisi 300% və kanalizasiya üzrə 158% artıb. Bax, elə bu amillər inflyasiyanın istehlak hissəsinə təsir edir”, - deyə O.Haqverdiyev bildirib.
Onun sözlərinə görə inflyasiyanın artmasının subyektiv səbəbləri istehlak bazarında korporativ sazişlərlə bağlıdır ki, bu da bu və ya digər malların qiymətlərinin süni şəkildə artmasına gətirib çıxarır. “Buna qarşı hansısa cəza tədbirləri görmək mümkün deyil. Alternativ variant məhsulların qiymətlərinin nisbətən aşağı olduğu kənd təsərrüfatı mallarının yarmarkalarının keçirilməsindən ibarətdir”, - deyə o vurğulayıb.
Şöbə rəisinin sözlərinə görə inflyasiyanın qarşısının alınması üçün prezidentin 2005-ci ildə imzaladığı antiinflyasiya tədbirləri haqqında sərəncamın yerinə yetirilməsi, eləcə də digər əlavə tədbirlərin həyata keçirilməsi zəruridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət