Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqların növbəti V mərhələsi 2007-ci ilin sonlarında Cenevrədə keçirilə bilər. Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
“Danışıqların 4-cü mərhələsi 2006-cı ilin martında keçirilib. Biz ötən il ÜTT-nın katibliyi ilə danışıqların daha bir mərhələsini aparmışıq və orada bir sıra materiallar hazırlanıb. Lakin təşkilatın bir sıra üzvləri Azərbaycanın danışıqların 5-ci mərhələsinin keçirilməsinə hələ hazır olmadığını hesab etdilər və ona görə də danışıqlar təxirə salındı”, - deyə M.Məmmədquliyev bəyan edib. Onun sözlərinə görə 2007-ci ilin iyununda Azərbaycan Cenevrədə ABŞ, Cənubi Koreya, Yaponiya və digər ölkələrlə ikitərəfli danışıqlar aparmağı planlaşdırır. “Biz danışıqların 5-ci mərhələsinin 2007-ci ilin sonlarına kimi keçirilməsinə ümid edirik ”, - deyə o əlavə edib.
Nazir müavini hazırda Azərbaycanın Gürcüstan, Moldova, Oman və Türkiyə ilə ikitərəfli danışıqları başa çatdırdığını qeyd edib. “Bu ölkələr bizim ÜTT-na daxil olmaqla bağlı təkliflərimizlə razılaşıblar. Biz hesab edirik ki, yaxın 1-2 il ərzində Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı ikitərəfli danışıqlar başa çatdırılacaq”, - deyə etiraf edən M.Məmmədquliyev ötən həftə Azərbaycanın Brüsseldə AB ilə ikitərəfli danışıqlar apardığını xatırladıb.
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün 1997-ci ildə ərizə verib. Azərbaycan hökuməti üzvlərinin fikrincə, ölkə 2010-cu ilə kimi ÜTT-yə daxil ola bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət