Avropa Komissiyasının ekspertlərdən ibarət nümayəndə heyəti “TRACECA” proqramının “Xəzər və Qara dənizlərinin dəniz magistralları (işgüzar səfərlə dəniz marşrutları)” layihəsinin həyata keçirilməsinə hazırlıq üçün iyunun 4-də Bakıya gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
«Avropa Komissiyasının ekspertləri Manfred Şlaka və Vitautas Palauskasdan ibarət nümayəndə heyətinin səfərindən məqsəd bu layihənin başlanmasına hazırlıqdan ibarətdir. Səfər iyunun 6-na qədər davam edəcək», - deyə bildirilib.
Nümayəndə heyəti Bakıda nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan Dövlət Dəmiryolu İdarəsi, Xəzər Dənz Gəmiçilik İdarəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və "Azəravtonəqliyyatsevis" Departamentinin rəhbərlikləri ilə görüşlər keçirəcək.
“Xəzər və Qara dənizlərinin dəniz magistralları” layihəsi çərçivəsində “TRACECA”nın iştirakçı ölkələri maliyyələşdimə, limanların infrastrukturunun və magistrala çıxan yolların təkmilləşdirilməsi, bu ölkələrin limanlarından yüklərin daşınmasına nəzarət qaydalarının sadələşdirilməsi məsələlərini və dəniz yolları ilə intermodal daşımaların texniki konsepsiyalarını müzakirə etməyi nəzərdə tutur.
Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat haqqında çoxtərəfli saziş 1998-ci ildə Bakıda imzalanıb və Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ermənistanı əhatə edir. Türkmənistan hələlik “TRACECA”nın inkişafına dair çoxtərəfli sazişi imzalamayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət