Podratçı şirkətlər tərəfindən respublikada 2007-ci ilin I rübündə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarının işlənməsi və “Bakı-Tbilisi-Ceyhan” boru kəmərinin inşası layihələri üzrə $342 mln. məbləğində işlər həyata keçirilib ki, bu da 2006-cı ilin yanvar-martında olduğundan 38,3% coxdur. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
«Göstərilən məbləğdən $121 mln. məbləğində sifarişləri 25 birgə müəssisə, $8 mln.-nu 33 dövlət müəssisəsi və $21 mln.-nu 257 kiçik və orta müəssisələr yerinə yetirib», - deyə mətbuat xidmətindən bildirilib. Yerdə qalan məbləğ Azərbaycanda bu layihələr üzrə çalışan xarici şirkətlər tərəfindən xərclənib. Cari ilin 1-ci rübündə sosial layihələrin reallaşdırılması üzrə investisiyalar 2007-ci il üzrə planda nəzərdə tutulan $10 mln. 750 min əvəzinə $359 min təşkil edib.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin işlənməsinə dair müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.
“Şahdəniz” layihəsinin səhmdarları “BP” (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.
BTC layihəsinin iştirakçıları bunlardır: BP (30,1% iştirak payı ilə), ARDNŞ (25%), “Chevron” (8,9%), “Statoi” (8,71%), “TPAO” (6,53%), “Itochu” (3,4%), “ENI” (5%), “ConocoPhilliрs” (2,5%), “Inрex” (2,5%), “TotalFinaElf” (5%) və “Amerada Hess” (2,36%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət