Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olacağı təqdirdə ölkədə istehsal olunan bəzi malların idxalı üçün gömrük rüsumlarının dərəcələrinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə DGK sədrinin birinci müavini Səfər Mehdiyev cümə günü Xəzər İşgüzar İnteqrasiya Klubunun (XİİK) üzvləri ilə görüşündə bildirib.
“Hazırda Azərbaycan ÜTT üzvləri ilə intensiv danışıqlar aparır. Həmin danışıqların istiqamətlərindən biri Azərbaycan ÜTT-ya daxil olduqdan sonra idxal malları üçün tətbiq ediləcək gömrük rüsümları dərəcələrinin müzakirəsidir. Bu, əsasən Azərbaycanda istehsal edilən bir sıra mallara yüksək gömrük rüsümlarının tətbiqinə aiddir. Biz bu istiqamətdə təkliflərimizi Nazirlər Kabinetinə təqdim etmişik”,-deyə S.Mehdiyev vurğulayıb. “Biz üç istiqaməti perspektivli hesab edirik. Bunlar aqrar-sənaye (ASK) (meyvə, konserv, ət məhsulu), spirtli içki, tütün istehsalı, həmçinin maşınqayırma məhsulları sektorudur. Gələcəkdə həmin sahələrdə istehsal olunan məhsullar böyük ixrac potensialına malik olacaq. Odur ki, idxal olunan analoji məhsullara ən yüksək tariflərin müəyyən olunmasını məqsədyönlü hesab edirik”,-deyə o qeyd edib. .
S.Mehdiyev bildirib ki, hazırda DGK-nın təklif etdiyi rüsum dərəcələrinin açıqlanmasının mənası yoxdur, belə ki, ÜTT üzvləri ilə danışıqlar zamanı onlar dəyişdirilə bilər.
Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusuna malikdir. Hökumət üzvlərinin rəylərinə əsasən 2010-cu ilədək ölkə təşkilatın üzvü ola bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət