İqtisadi İnkişaf Nazirliyinin İstehlak bazarına Nəzarət Xidməti AB ölkələrinə balıq məhsullarının ixracının təşkili məsələlərində ərəb ölkələrinin təcrübəsini öyrənir.
İİN-nin yaydığı məlumatda bildirilir ki, Xidmətin rəhbəri Xaliq Məmmədov BƏƏ-də balıq və balıq məhsullarının ixracı sahəsində standartlara həsr olunan seminarda iştirak edir. Bu seminar Avropa Komissiyasının İstehlakçıların səhhəti və müdafiəsi üzrə Baş Direktorluğu (SANCO) tərəfindən təşkil olunub. “Seminarın keçirilməsindən əsas məqsəd balıq və balıq məhsullarının AB ölkələrinə ixracı zamanı tətbiq olunan standartların öyrənilməsindən ibarətdir. Bununla əlaqədar, Avropa Komissiyasının belə məhsulların ixracına, onların təkrar emalına, məhsulun satışının təşkilinə və bir sıra digər məqamlara dair direktivlərin öyrənilməsi vacibdir ”, - deyə məlumatda bildirilir.
Məlumatda Azərbaycanın AB ölkələrinə balıq məhsullarının ixracı ilə əlaqədar digər ölkələrin təcrübə və texnologiyalarını öyrənəcəyi bildirilir.
2005-ci ildə Azərbaycan prezidentinin imzaladığı sərəncama əsasən AB ölkələrinə balıq məhsullarının ixracı üzərində nəzarətin təşkili ilə bağlı bütün funksiyalar İqtisadi İnkişaf Nazirliyinə həvalə edilib.
İstehlak bazarına Nəzarət Xidməti 2006-cı ilin dekabrında İİN sistemində aparılan struktur dəyişikliklər nəticəsində yaradılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət