Mobil rabitə sahəsində xidmət göstərən “Azercell” birgə müəssisəsi bu ilin sonunadək özəlləşdirilə bilər. Bu barədə Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov çərşənbə günü jurnalistlərə məlumat verib.
“Hazırda məsləhətçi müəssisənin özəlləşdirmə üçün qiymətləndirilməsini başa çatdırıb. 2007-ci ilin sonuna kimi “Azercell”də dövlət payının özəlləşdirilməsi prosesi başa çatdırılacaq”,-deyə R.Şahbazov vurğulayıb.
“Azercell Telecom” BM-in qiymətləndirilməsi prosesində məsləhətçilər “CA IB Corporate Finance BERATUNGS Ghmb. & Omni” (Avstriya və ABŞ) şirkətlər konsorsiumudur.
“Azercell Telecom” BM-də xarici investorun – Niderlandın “Fintur” holdinqin iştirak payı 64,3%, dövlətinki isə (Rabitə Nazirliyinin timsalında) 35,7% təşkil edir.
2006-cı ildə “Azercell” BM-in Azərbaycanın telekommunikasiya sahəsinin inkişafına qoyduğu investisiyaların həcmi 120 mln. manat təşkil edib. Həmin həcmdə investisiya qoyuluşu 2007-ci ildə də planlaşdırılıb. Ümumilikdə, fəaliyyət göstərdiyi 10 il ərzində şirkətin investisiyaları 460 mln. manata yaxın təşkil edib. BM-in 2 mln. abunəçisi var.
“Azercell”dən başqa Azərbaycanda “Bakcell” və yeni “Azerfon” şirkəti də fəaliyyət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət