AFR Azərbaycan üçün strateji tərəfdaşdır və biz iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsində maraqlıyıq. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çərşənbə günü Bakıda Azərbaycan-Almaniya biznes-forumunda bəyan edib.
“Azərbaycan iqtisadi sahədə böyük potensiala malikdir. Almaniya bizim iqtisadi tərəfdaşımızdır və bizim məqsədimiz bu əlaqələri dərinləşdirməkdir”, - deyə N.Səfərov bildirib. Onun sözlərinə görə Azərbaycan AFR hökuməti ilə əməkdaşlığın səviyyəsindən razıdır. “Eləcə də Almaniyanın “KfW” bankının xətti ilə Azərbaycana 144 mln. avro məbləğində kredit və daha 24 mln. avro həcmində texniki yardım ayrılıb. Bundan əlavə, Azərbaycanda GTZ xətti ilə özəl sektorun, ASK-nin, bank sektorunun inkişafı sahəsində 40 mln. avro məbləğində texniki yardım layihələri reallaşdırılıb ”, - deyə o qeyd edib. Nazir müavinini sözlərinə görə 2006-cı ilin yekunları üzrə ölkələr arasında xarici ticarət dövriyyəsi $413 mln. təşkil edib. Bununla yanaşı, Azərbaycandan idxal $404 mln. təşkil edib. “Bizdə xarici iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur ”, - deyə o əlavə edib.
Nazirliyin sahibkarlığın inkişafı şöbəsinin rəisi Samir Nuriyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatında AFR-dən olan şirkətlərin investisiyalar qoyması üçün sənaye, turizm, bank sektoru daha cəlbedici sahələrdir. “Turizm sahəsi coğrafi və tarixi şərait nəzərə alınmaqla daha əlverişli potensiala malikdir. Lakin bu sahə əhəmiyyətli investisiyalar və yüksək ixtisaslı kadrlar tələb edir. Biz alman şirkətlərini bu sektorda fəal işləməyə çağırırıq. Öz növbəsində, biz onlara hər cür kömək göstərməyə hazırışq ”, - deyə o əlavə edib.
AFR-nın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin energetika məsələləri üzrə şöbə rəisinin müavini Xartmut Şnayderin fikrincə, yaxın vaxtlarda Azərbaycan iri neft layihələrini reallaşdırmaqla əhəmiyyətli gəlir əldə edəcək. “Alman şirkətləri Azərbaycanda çalışmalı və rəqabət qabiliyyəti olan sənayenin yaradılmasında iştirak etməlidir”, - deyə o qeyd edib. Nazir müavini bildirib ki, Almaniyadakı kiçik və orta müəssisələr Azərbaycanda energetika, sənaye, su təchizatı, məişət tullantılarından istifadə, bərpa edilmiş enerji mənbələrindən istifadənin genişləndirilməsi kimi sektorlarda fəaliyyət göstərmək üçün yaxşı perspektivlərə malikdir.
İyunun 5-dən 8-nə kimi AFR-dan olan sahibkarlardan, eləcə də rəsmi şəxslərdən ibarət nümayəndə heyəti Bakıda olacaq. Nümayəndə heyhətinin tərkibinə Almaniyanın neft-qaz, inşaat, ASK, sənaye, xidmət sahələrində fəaliyyət göstərən 11 şirkətinin nümayəndələri daxildir. Azərbaycan tərəfini forumda 70-ə yaxın şirkət təmsil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət