Azərbaycan şirkətləri ABŞ-a təbii şirələrin satışını təşkil etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Emil Məcidov məlumat verib.
“Ötən həftə Los-Ancelesdə Azərbaycan-Amerika biznes-forumu keçirildi. Forumun keçirilməsindən məqsəd azərbaycanlı istehsalçıların məhsullarının ABŞ-a satışının təşkili imkanlarının öyrənilməsi idi. Forum göstərdi ki, yerli istehsalçıların istehsal etdikləri məhsulların heç də hamısı ABŞ-ya göndərilə bilməz ”, - deyə E.Məcidov bildirib. Onun sözlərinə görə Azərbaycan şirkətləri tərəfindən istehsal olunan təbii şirələrin ABŞ-a satışının təşkili daha cəlbedicidir. “Bəzi şirkətlər öz məhsullarını ABŞ-a satmağı planlaşdırır. Lakin Amerika bazarında möhkəmlənmək çox çətin olacaq. Çünki onların ixracı çox baha başa gələcək ”, - deyə o bildirib.
E.Məcidovun sözlərinə görə baha olduğundan Azərbaycan istehsalçılarının məhsullarının digər növlərinin də Amerikaya ixracının təşkili çox çətindir.
Xəbər verildiyi kimi, Azərbaycanı Los-Ancelesdəki biznes-forumda inşaat, mühəndis fəaliyyəti, sənaye, ASK, ticarət sahələrində fəaliyyət göstərən 10 şirkət təmsil edib.
Forumun təşkilatçıları kim Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Azpromo, Los-Ancelesdə Azərbaycanın baş konsulluğu, eləcə də Amerika-Azərbaycan Ticarət Palatası çıxış edib.
2006-cı ildə Azərbaycandan ABŞ-a mal ixracının həcmi $92 mln., Azərbaycana idxal isə $198 mln. təşkil edib. 2006-cı ilin yekunları üzrə Azərbaycanın xarici ticarət dövriyyəsinin cəmi 2,5 faizi ABŞ-ın payına düşür.
“Azpromo” İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. Başlanğıc mərhələsində Fond investisiyaların təşviqi məsələləri və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda Fondun fünksiyalarına ixracın təşviqi məsələləri daxil oldu. Hazırda Fondun Himayəçilər Şurasına Nazirlik və idarələrin, beynəlxalq təşkilatların, eləcə də özəl şirkətlərin nümayəndələri daxildir. Bu gün şura üzvlərinin ümumi sayı 92-dir.
2007-ci ildə Fond 40-dan artıq biznes-forum və investisiya konfransı keçirməyi planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət