Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan neftinin Bakı-Novorosiysk neft kəməri ilə ixrac həcmini artırır. Bu barədə jurnalistlərə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin (MİƏİ) rəisi Muxtar Babayev məlumat verib.
«İlin 2-ci rübündə biz “Transneft”ə ayda 60 min ton olmaqla (may ayında 80 min ton, iyun ayında isə sifarişi 160 min tona qədər artırmaqla) Bakı-Novorosiysk neft kəməri ilə ixrac olunmaq üçün 186 min ton neft nəql etmək barədə müraciət etdik. İyul ayı üzrə ixracın həcmi dəqiq məlum deyil. Belə ki, əvvəlcə mazut ixracının həcmi müəyyən olunmalıdır.
“Şahdəniz” yatağında quyuların istismara verilməsi və ARDNŞ-in özünün qaz hasilatına başlaması qaz üzrə balansı yaxşılaşdırdı. Bu da bizə mayda mazutun ixrac edilməsinə imkan verdi», - deyə M.Babayev bildirib.
MİƏİ rəisi eləcə də Bakı-Novorosiysk kəmərinin Azərbaycan hissəsi üzərində operatorluq məsələsinin hələlik açıq qaldığı barədə məlumat verib. Onun sözlərinə görə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ-“Azəri-Çıraq-Günəşli” yataqları blokunun operatoru) ARDNŞ-i bu neft kəməri üzərində operatorluqdan imtina etməsi barədə məlumatlandırmayıb. Öz növbəsində, ARDNŞ-in investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qeyd edib ki, bu ilin dekabrında “Transneft” ilə ABƏŞ şirkətləri arasında texniki sazişin müddəti başa çatır. Onun sözlərinə görə Rusiya şirkəti yeni saziş üçün Bakı-Novorosiysklə Azərbaycan neftinin ixrac tarifılərində dəyişikliklərin edilməsini təklif edib. ““Transneft” tariflərə dəyişiklik edilməsini təklif edir. Həmin təklifə görə tariflər Azərbaycan tərəfi ilə RF subyektləri arasında- Novorosiysk limanı və boru kəmərinin keçdiyi rayonlar arasında razılaşmaya əsasən toplanmalıdır. Bu isə tariflərin ya çox, ya da az olacağı deməkdir. Biz bunun əleyhinəyik, bizdə 1 ton $15,67 təşkil edir, dollar devalvasiya olub və bu tarif bizi artıq çox da narahat etmir», - deyə E.Nəsirov bildirib.
ARDNŞ-in prezidenti R.Abdullayev öz növbəsində ARDNŞ-in Bakı-Novorosiysk boru kəmərini “təhlükəsizlik baxımından” işlək vəziyyətdə saxlamaq niyyətində olduğunu qeyd edib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorosiysk boru kəməri ilə ixrac edir. 2006-cı ildə bu marşrut üzrə ixracın həcmi 4,4 min. ton təşkil edib. Buraya ABƏŞ-in hasil etdiyi 2 mln. 883 min ton və ARDNŞ-in 1 mln. 233 min ton nefti də daxildir. 2007-ci ildə bu kəmərlə Azərbaycan neftinin ixrac həcmi 2006-cı illə müqayisədə 2,5 dəfə azalaraq 1,71 mln. ton təşkil edə bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət