İyunun 28-də Bakıda “Rusiya Federasiyası və Azərbaycan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq: vəziyyət və perspektivlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin məlumatında deyilir.
Konfrans təşkilatçıları RF-nın ölkədəki səfirliyi və Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasıdır.“Konfransdan əsas məqsəd Rusiya regionlarının Azərbaycan bazarındakı nümayəndəliklərinin və biznes strukturlarının fəaliyyətinin effektivliyinin artırılması, eləcə də onların azərbaycanlı tərəfdaşlarla qarşılıqlı əlaqələrinin möhkəmlənməsindən ibarətdir”, - deyə məlumatda bildirilir.
Konfransda Rusiya Federasiyası subyektləri, ölkənin Azərbaycanda fəaliyyət göstərən firma və şirkət nümayəndələrinin, o cümlədən hər iki ölkə hökumətinin iqtisadi blok nümayəndələrinin iştirakı planlaşdırılır.
Konfrans iştirakçıları Azərbaycan və RF arasında iqtisadi əlaqələrin müxtəlif aspektlərini, xüsusilə xarici ticarət əlaqələrini müzakirə etməyi, hökumətlərarası komissiyanın fəaliyyəti, gömrük sahəsində əməkdaşlıq, vergi sistemində stimullaşdırıcı metodların tətbiqi, hər iki ölkə şirkətləri arasında qarşılıqlı fəaliyyətin daha optimal formalarını təhlil etməyi nəzərdə tutur.
Azərbaycanda Rusiya kapitalı ilə 400-ə qədər şirkət fəaliyyət göstərir. Onlardan 178-i BM-dir, 96 şirkət 100%-lik Rusiya kapitalı ilə çalışır.
RF şirkətlərinin nümayəndəlik və filiallarının sayı 126-ya bərabərdir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına $430 mln.-dan çox sərmayə yatırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət