Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Abşeron yarımadasındakı “Qaradağ” yeraltı qaz anbarının (YQA) yenidən qurulması layihəsinin işlənməsinə başlayıb. Bu barədə jurnalistlərə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çərşənbə günü məlumat verib.
«Bu layihənin reallaşdırılması ARDNŞ-ə tapşırılıb və hazırda şirkətin mütəxəssisləri müvafiq layihənin hazırlanmasına başlayıblar», - deyə R.Abdullayev bildirib. O, layihənini ilkin dəyərini söyləməkdə çətinlik çəksə də onun əvvəllər elan edilən $150-160 mln.-dan ucuz başa gələcəyini bəyan edib. «Belə qiymət layihələşdirmə və digər işlər nəzərə alınmaqla əldə olunub. Axı, biz hər şeyi öz gücümüzlə həyata keçiririk. Ona görə də qiymət də aşağı olacaq. İşlərin əsas həcminə yeni quyuların qazılması, təmir işləri, boru kəmərlərinin dəyişdirilməsi, yeni kompressorların alınması və s. daxildir», - deyə R.Abdullayev qeyd edib.
Xəbər verildiyi kimi, “Qaradağ” YQA-nın genişləndirilməsi ilə bağlı podratçının seçimi üzrə tender aprel ayında elan edilib. Lakin o, sonradan maliyyə mənbəyinin olmaması üzündən ləğv edilib. Layihənin xarici borclar cəlb edilmədən həyata keçirilməsi məqsədi ilə bu iş ARDNŞ-ə həvalə olunub. Şirkət bunu öz şəxsi vəsaitləri hesabına həyata keçirəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət