Azərbaycan prezidenti İlham Əliyev “Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarət qaydaları”nı təsdiqləyib.
Cümə axşamı rəsmi mətbuatda dərc olunan qaydalara görə bu qaydalar özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi, eləcə də sosial və iqtisadi öhdəliklərin yerinə yetirilməsi qaydalarını müəyyən edir. Bu zaman nəzarət funksiyası Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinə həvalə olunur.
Qaydalara müvafiq olaraq, Dövlət Komitəsinin funksiyalarına dövlət müəssisələrinin özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair müqavilələrə investisiya qoyuluşu, sosial, iqtisadi və digər tələblərin müəyyən edilməsi və onların yerinə yetirilməsinə dair hesabatların verilməsi, dövlət müəssisələrinin qanunvericiliklə və müqavilələrlə müəyyən olunmuş qaydada özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması, dövlət müəssisələrinin, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən təyinatı üzrə istifadə olunmasının monitorinqinin aparılması, torpaq sahələrinin başqa fiziki və hüquqi şəxslərin icarəsinə və istifadəsinə verilməsi, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına razılıq verilməsi və s. daxildir.
Qaydalara əsasən, investorlar Dövlət Komitəsinə təqdim etdikləri öhdəliklərin yerinə yetirilməsinə dair hesabatda investisiya proqramının mərhələlər üzrə yerinə yetirilməsinin vəziyyətini, hesabat dövründə hər bir texnoloji sahə üzrə həyata keçirilmiş (mənbəyi göstərilməklə) faktiki investisiya və çəkilən bütün xərclərin təyinatı, vaxtı və məbləğini, istehsal olunan məhsulun çeşidi və müəssisənin iştirakçısı olduğu bazarlarda struktur dəyişikliklərini, müəssisənin rəqabət qabiliyyətinin və istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə tədbirləri, istehsal prosesində yeni texnologiyalardan və ixtiralardan istifadəni göstərməlidirlər. Bundan əlavə, hesabatda təsdiq edilmiş iqtisadi və maliyyə göstəricilərinə nail olunması, əmək haqqı və ona bərabər tutulan borcların ödənilmə vəziyyəti, müəssisədə iş yerlərinin açılmasına dair vəziyyət və s. də göstərilməlidir.
Bununla yanaşı, xərclərin hər bir maddəsi üzrə ayrı-ayrılıqda sənədlərin surətləri, eləcə də auditorun rəyi təqdim olunmalıdır.
Qaydalar Dövlət Komitəsinə investorlar tərəfindən özlərinin investisiya və digər öhdəliklərinin yerinə yetirilməsi üzrə monitorinqin keçirilməsi üçün müstəqil auditorların cəlb olunmasına imkan verəcək.
Respublika prezidenti eləcə də “Dövlət müəssisələrinin özəlləşdirilmədən qabaq sağlamlaşdırılması və restrukturizasiyası qaydaları”nı və “Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi qaydaları”nı da təsdiqləyib.
Bu qaydaların təsdiqlənməsi dövlət əmlakının özəlləşdirilməsi, dövlət əmlakının idarə olunması prosesinin səmərəliliyinin təmin olunmasına yönəldilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət