Türkiyənin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi (TIKA) Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə sənaye şəhərciyinin yaradılması layihəsi üzrə smeta-texniki sənədləri təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı şöbəsinin rəisi Samir Nuriyev məlumat verib.
“TIKA” bizə bütün smeta və texniki sənədləri təqdim edib. Gələn həftə agentliyin ekspertlərinin Bakıya gələrək sənaye şəhərciyinin yaradılması layhihəsinin təqdimat mərasimini keçirəcəkləri istisna edilmir”, - deyə S.Nuriyev bildirib. Onun sözlərinə görə “TIKA”nın sənədləri əsas etibarilə kommunikasiya üzrə təklifləri nəzərdə tutur. “Layihənin ilkin dəyəri 32 mln. manatdır. Lakin inşaat materiallarının qiymətlərinin bahalaşması ilə əlaqədar layihənin reallaşdırılması üçün real xərclər arta da bilər”, - deyə o bildirib və şəhərciyin inşasının 2007-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə başlanmasının artıq mümkün olduğunu əlavə edib.
Xəbər verildiyi kimi, “TIKA” sənaye şəhərciyi üzrə qanunvericilik bazasının işlənilməsində iştirak edəcək, şəhərciyin tikintisi ilə bağlı tenderin keçirilməsi üçün sənədlərin hazırlanmasını həyata keçirəcək. Bundan başqa, “TIKA”nın şəhərciyin idarə olunmasını qismən öz üzərinə götürəcəyi də istisna edilmir.
İİN-nin planına əsasən, sənaye şəhərciyi 90 sahəyə ayrılacaq, ən kiçik sahə 1,2 hektar, ən böyük sahə isə 8 hektara yaxın olacaq.
Azərbaycan hökuməti son bir neçə il ərzində sənaye şəhərciyinin yaradılması üzrə layihə hazırlayıb. Şəhərciyin Bakıdan 49 km məsafədə fəaliyyət göstərəcək. Şəhərciyin yaradılmasından əsas məqsəd müəssisələrin fəaliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət