Azərbaycan “Microsoft” şirkəti ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bunu prezident İlham Əliyev “Microsoft” şirkətinin baş vitse-prezidenti Kreyq Mandi ilə cümə axşamı Bakıdakı görüşündə bəyan edib. Dövlət başçısı hazırda Azərbaycanda informasiya texnologiyalarının inkişafına böyük diqqət ayrıldığını qeyd edib. Bu planda prezident Azərbaycan üçün “Microsoft” şirkəti ilə əlaqələrin genişləndirilməsinin əlverişli olduğunu bildirib.
Öz növbəsində, K.Mandi Azərbaycanda faydalı görüşlər keçirdiyini bildirib. «Sizinlə ilk görüş “Microsoft” şirkətinin prezidenti Bill Qeytsdə və məndə çox gözəl təəssürat yaradıb. Görüşdə biz sizin qlobal baxışları olan lider olduğunuzu hiss etdik. Siz görüşdə energetikanın inkişafına əsaslanan cəmiyyətdən biliyə əsaslanan cəmiyyətə keçid haqqında nə düşündüyünüzü qeyd etdiniz. Bu, sizin ölkənizin gələcəyi baxımından çox vacibdir», - deyə K.Mandi qeyd edib.
Görüşün sonunda K.Mandi “Microsoft” şirkətinin Azərbaycan üzrə buraxdığı ilk məhsul olan “Windows XP” proqramının Azərbaycan versiyasının ilk diskini, eləcə də B.Qeytsin şəxsən Azərbaycan prezidentinə göndərdiyi kitabını İ.Əliyevə təqdim edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət