Qazaxıstan prezidenti Nursultan Nazarbayev kürəkəni Rahat Əliyevlə bağlı işin məhkəməyə çıxarılmasını izləyəcəyini vəd edib.
"Mən nəzarət edəcəm ki, iş sona çatdırılsın və məhkəməyə çıxarılsın ", - deyə dövlət başçısı cümə axşamı internet konfransın gedişində bəyan edib. "Mən belə məsələlərin əsil səbəblərini bilirəm. Əlbəttə, bir insan kimi mənim üçün bu, sadə məsələ deyil. Mənim üçün, mənim ailəm üçün belə qərarın qəbul edilməsi asan olmadı ", - deyə N.Nazarbayev qeyd edib.
R.Əliyev "hüquq-mühafizə orqanları tərəfindən Qazaxıstanın “Nurbank” bankının menecerlərinin oğurlanmasında əli olan cinayətkar qrupun təşkilində və digər cinayətlərdə ittiham edilir ", -deyə N.Nazarbayev qeyd edib. "İtmiş iki nəfərin (Joldas Timraliyev və Aybar Xasenov- İF) həyat yoldaşları, ailələri adından mənim ünvanıma sorğu gəlib. Onlar əziyyət çəkirlər, həyacan keçirirlər. Bu sorğu mənim tərəfimdən baş prokurorluğa və polisə təqdim edilib və sonadək araşdırılması barədə göstəriş verilib ", - deyə N.Nazabayev bildirib. "Polis təhqiqatları davam etdirir. Mən baş prokurora bu işi qanuni şəkildə araşdırılmasını tapşırmışam. Şübhəli bilinənlərdən bəziləri artıq həbs edilib. Onlar ifadə verirlər. Bəziləri isə qaçıblar. Onlar barəsində axtarış elan edilib. Kimin günahkar olub-olmaması ilə bağlı məhkəmə qərar çıxaracaq".
Dövlət başçısı yaranmış vəziyyətin hazırda normal rejimdə işləyən “Nurbank”ın özü ilə birbaşa əlaqəsi olmadığını da vurğulayıb. N.Nazarbayev onu bu vəziyyətdə dəstəkləyənlərə öz minnətdarlığını bildirib.
Mayın ortalarında Qazaxıstanın DİN Qazaxıstan prezidentinin böyük kürəkəni R.Əliyevə qarşı adam oğurluğu (onun nəzarəti altında olan “Nurbank” kommersiya bankının top-menecerlərinin oğurlanması) faktı üzrə cinayət işi qaldırıb. Bundan sonra, o, Vyanadakı diplomatik vəzifədən qovulub. Respublikanın istintaq orqanları onun barəsində beynəlxalq axtarış elan edib. Bununla yanaşı, R.Əliyev basqınçılıqla məşğul olan cinayətkar qrup yaratmaqda və ona rəhbərlik etməkdə şübhəli bilinir.
Diplomat qazax tərəfinin sorğusuna əsasən, Avstriyanın hüquq-mühafizə oqranları tərəfindən saxlanılıb, daha sonra 1 mln. avro müqabilində zaminə buraxılıb.
Cümə axşamı Qazaxıstanın DİN R.Əliyevə qarşı Avstriyada çirkli pulların yuyulması ittihamı ilə cinayət işinin qaldırıldığı barədə məlumat verib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət