Kanadanın sahibkarlardan ibarət ticarət missiyası azərbaycanlı sahibkarlarla işgüzar əlaqələr qurmaq məqsədilə iyunun 18-22-də Bakıya gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Emil Məcidov məlumat verib.
“İyunun 18-22-də Kanada şirkətlərinin ticarət missiyası Bakıya gələcək. Kanada tərəfindən 10 şirkət təqdim olunub. Lakin fikrimizcə, onlardan yalnız 3-ü Azərbaycanda fəaliyyət üçün yaxşı potensiala malikdir”, - deyə o bildirib. Onun sözlərinə görə Kanadanın əsasən kənd təsərrüfatı şirkətləri Azərbaycanda fəaliyyət göstərmək üçün əlverişli perspektivlərə malikdir. E.Məcidov vurğulayıb ki, “Azpromo” iyunun 26-da İstanbulda Azərbaycanda investisiya imkanlarına həsr olunmuş konfrans keçirəcək. “Konfransda 2 qrupdan ibarət 40-a qədər Azərbaycan şirkəti iştirak edəcək. 1-ci qrupa iri, 2-ci qrupa isə əsasən orta şirkətlər daxil olacaq”, - deyə Fondun rəhbəri əlavə edib.
“Azpromo” İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə Fond investisiyaların təşviqi məsələləri və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olub. 2005-ci ilin avqustunda Fondun funksiyalarına ixracın təşviqi məsələləri daxil olub.
2007-ci ildə Fond 40-a qədər biznes-forum və investisya konfransı keçirməyi planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət