Avstriyanın əmək və iqtisadiyyat naziri Martin Bartenşteyn 2007-ci ilin sentyabr ayında Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
“İqtisadi inkişaf naziri Heydər Babayev Avstriyanın Əmək və İqtisadiyyat Nazirliyinin baş katibi Martin Ayxtingerlə görüşüb. Görüşdə ticarət-iqtisadi əlaqələr, Azərbaycanda özəl elektrik stansiyalarının tikintisi, məişət tullantılarının emalı üzrə layihənin reallaşması məsələləri müzakirə olunub”,-deyə Nazirliyin təmsilçisi bildirib. Onun sözlərinə görə görüş zamanı Avstriyanın əmək və iqtisadiyyat naziri M.Bartenşteynin bu ilin sentyabr ayında Bakıya səfəri barədə razılıq əldə olunub.
Mənbə qeyd edib ki, Azərbaycanla Avstriya qeyri-neft sahəsində ikitərəfli əməkdaşlığın inkişaflndan razıdır. “Avstriya tərəfi turizm sahəsində əməkdaşlığın inkişafını cəlbedici sayır”,-deyə o əlavə edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə 2007-ci ilin yanvar-mart aylarında Azərbaycandan Avstriyaya əmtəə ixracı $0,7 mln, Azərbaycana idxal isə $5,3 mln. təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət