2007-ci ilin sentyabr-oktyabr aylarında Bakıda Qara və Xəzər dənizləri hövzələri sahibkarları arasında əlaqələrin genişləndirilməsinə həsr olunmuş biznes-forum keçirilə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) katibinin müavini Rəşad Rəsullu məlumat verib.
“Sentyabr-oktyabr aylarında Xəzər və Qara dəniz iş adamları birlikləri Konfederasiyası (UBCCE) çərçivəsində Bakıda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Əsasən konfederasiyanın bəzi komitələrinin, İdarəçilər Şurasının iclaslarının keçirilməsi planlaşdırılır. Bundan əlavə, region sahibkarları arasında birbaşa əlaqələrin yaradılması məqsədilə həmin müddətdə biznes-forum keçirməyi planlaşdırırıq”,-deyə R.Rəsullu bildirib. Onun sözlərinə görə forumun keçirilməsi region ölkələrinin iqtisadiyyatına yatırılacaq birbaşa investisiyaların həcminin artırılmasına, həmçinin sahibkarlar arasında əlaqələrin genişlənməsinə gətirib çıxaracaq.
R.Rəsullu qeyd edib ki, hazırda regionun 13 ölkəsini birləşdirən 17 sahibkar təşkilatı UBCCE-nin üzvüdür.
Xəbər verildiyi kimi, UBCCE-nin konfransı 2006-cı il noyabr ayının 27-də İstanbulda keçirilib. Azərbaycan UBCCE-də ATİB-i təmsil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət