Beynəlxalq Maliyyə Korporasiyası (IFC – Dünya Bankı qrupunun üzvü) “Azərbaycan elektronika” SC-yə (AZEL) $2,5 mln. məbləğində kredit verəcək. Bu barədə jurnalistlərə korporasiyanın Bakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bazar ertəsi məlumat verib.
Onun sözlərinə görə bu layihə nümayəndə dərəcəsinə aiddir və buna görə də Direktorlar Şurasının onunla bağlı qərarı tələb olunmur. «Kredit sazişi ay ərzində imzalana bilər», - deyə o bildirib.
IFC-nin kredit vəsaitləri Bakının mərkəzində sahəsi 1,300 min kv metr olan yeni ofis, eləcə də hər birinin sahəsi 150 kv metr olan 2 yeni mağaza üçün sahənin alınması hesabına şirkətin zəruri infrastrukturla təmin olunması layihəsinin həyata keçirilməsinə yönəldiləcək.
Hazırda şirkət 4 mağaza vasitəsilə fəaliyyət göstərir.
IFC layihə smetasının 49%-ni təmin edir. Layihədə ofis və mağazaların alınmasına $2,3 mln. (smetanın 45%-i), yenidənqurma işlərinə, mebel və avadanlıqların alınmasına $0,8 mln. (16%), dövriyyə kapitalına $2 mln. (39%) yönəldilməsi nəzərdə tutulur. Layihənin ümumi dəyəri $5,1 mln. təşkil edir.
“AZEL” 2 səhmdara – İqor Yakovenko (70%) və Emin Quliyevə (30%) məxsus olan səhmdar cəmiyyətdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət