Bakı və Tbilisi Azərbaycan qazının Gürcüstana verilməsi haqqında 3 illik müqavilənin imzalanması imkanlarını müzakirə edir. Bu barədə Gürcüstanın energetika naziri Nika Gilauri jurnalistlərə çərşənbə axşamı məlumat verib.
«Hazırda Gürcüstana sutkada 2-2,2 mln. kubmetr qaz verilir. Bunun 0,7-0,8 mln. kubmetri “Şahdəniz” yatağındakı hasilatın, 1,3 mln. kubmetr isə ARDNŞ qazının payına düşür. Bizim ARDNŞ-lə mövcud müqaviləni 2007-ci ilin sentyabrına qədər uzatmaq barədə razılaşmamız var. Hazırda biz müqavilənin bu ilin axırlarına qədər uzadılması istiqamətində danışıqlar aparırıq. Bundan başqa, Azərbaycan qazının minimum 3 il müddətinə Gürcüstana verilməsi haqqında uzunmüddətli müqavilə bağlamaq istəyirik», - deyə o bildirib.
N.Gilauri qeyd edib ki, Gürcüstan gələcəkdə yalnız Azərbaycan qazından istifadə etmək niyyətindədir. Onun sözlərinə görə ölkənin qaza tələbatı ildə təxminən 2 mlrd. kubmetrdir. «Bu il biz Rusiyadan qaz idxalını davam etdirəcəyik. Azərbaycanın 2008-ci ildə hansı həcmdə qaz verə bilməsinə baxacağıq və daha sonra “Qazprom” SC ilə əməkdaşlığın davam etdirilməsi məsələsini həll edəcəyik», - deyə nazir bildirib.
“Şahdəniz” yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Şahdəniz” yatağının ehtiyatları 625 mlrd. kubmetr qaz və 101 mln. ton kondensat həcmində qiymətləndirilir. Yatağın işlənməsinə dair «Mərhələ-1» 178 mlrd. kubmetr qazın və 34 mln. ton kondensatın hasilatını nəzərdə tutur. Yataqdan «Mərhələ-1» üzrə maksimal hasilat ildə 8,4 mlrd. kubmetr qaz və 2 mln. ton kondensat olacaq. Ümumilikdə, işlənmənin gələcək mərhələlərində ildə təxminən 16 mlrd. kubmetr qaz hasil olunması nəzərdə tutulur.
Eləcə də, “Mərhələ -1”-ə qazın uzunluğu 690 km olan (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) “Bakı-Tbilisi-Ərzurum” Cənubi Qafqaz qaz magistralı ilə nəqli layihəsi də daxildir. “Mərhələ-1”-in dəyəri $4,1 mlrd. təşkil edir.
“Mərhələ-1” çərçivəsində Türkiyə (ildə 6,6 mlrd. kubmetr), Azərbaycan (ildə 1,5 mlrd. kubmetr üstəgəl 2007-08-ci illərdə 3 mlrd. kubmetr) və Gürcüstan (ildə 0,8 mlrd. kubmetrə qədər) arasında qaz satışına dair saziş imzalanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət