2007-ci ilin yanvar-may aylarında bütün mənbələrdən ölkə iqtisadiyyatına kapital qoyuluşlarının həcmi 2 mlrd. 272,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə investisiyaların həcmi 1 mlrd. 093,5 mln. manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% artıb.
Kapital qoyuluşlarının ümumi həcminin 48,3%-i və ya 1 mlrd. 097,4 mln. manatı xarici, 51,7% və ya 1 mlrd. 174,7 mln. manatı daxili investisiyaların payına düşüb. Daxili investisiyaların həcmi 2006-cı ilin analoji dövrü ilə müqayisədə 52% artıb.
Bütövlükdə, kapital qoyuluşlarının 80,1% və ya 1 mlrd. 820,3 mln. manatı istehsal, 19,9% və ya 451,8 mln. manatı qeyri- istehsal əhəmiyyətli obyektlərin tikintisinə yönəldilib.
2007-ci ilin yanvar-may aylarında investisiyaların 15,9%-i və ya 1 mlrd. 724,8 mln. manatı müəssisə və təşkilatların vəsaitləri, 14,2% və ya 323 mln. manat büdcə vəsaitləri, 2,2% və ya 49,3 mln. manat bank kreditləri, 2,8% və ya 63,2 mln. manat əhalinin vəsaitləri, 4,4% və ya 101 mln. manat büdcədənkənar fondların vəsaitləri, 0,5% və ya 10,8 mln. manat digər vəsaitlərin hesabına reallaşdırılıb.
Azərbaycan hökuməti 2007-ci il üçün kapital qoyuluşlarını 7,8 mlrd. manat, xarici investisiyaları 3,6 mlrd. manat, daxili investisiyaları 4,2 mlrd. manat səviyyəsində proqnozlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət