Beynəlxalq Maliyyə Korporasiyasının (IFC – Dünya Bankı qrupuna daxildir) “Respublika” bankının kapitalında 10 faizlik payının satışı üzrə hərrac bu ilin sonunadək təxirə salınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Respublika” bankının idarə heyətinin sədri Xədicə Həsənova məlumat verib.
«Səhm kapitalı ilə bağlı bütün məsələlər bu ilin sonunda keçirilməsi planlaşdırılan bankın səhmdarlarının toplantısında həll olunacaq», - deyə o bildirib. Onun sözlərinə görə hazırda «Respublika» bankı 2 mln. 752,744 min manat məbləğində bankın səhm prospektini qeydiyyata alıb və bunula da öz nizamnamə kapitalını 23% artıraraq 9,913 mln. manata çatdırmağı planlaşdırır. «Bu artım ötən il əldə olunan gəlirlərin, daha doğrusu, təkrar kapitallaşmanın hesabına həyata keçiriləcək», - deyə o əlavə edib.
Hazırda bankın ödənilmiş nizamnamə kapitalı 7,161 mln. manat, fərdi kapital isə 18 mln. manat təşkil edir.
BMK-nın krediti korporasiyanın bu il yanvar ayının sonunda korporasiyanın Direktorlar Şurası tərəfindən təsdiqlənib. Korporasiyanın təklif etdiyi investisiyaların tam layihə dəyəri və həcmi $6 mln. təşkil edir.
“Respublika” Bankı 1992-ci il fevralın 17-də təsis edilib. Bankın səhmdarları sırasına Almaniyanın iri maliyyə institutları – “DEG investisiya korporasiyası”, “KfW” və “SIDT” bank qruplarının, eləcə də “25% + 1 səhm” həcmində səhm paketinə malik “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvləri daxildir.
2006-cı ilin yekunlarına əsasən “Respublika” Bankı "İnterfaks-İAM"ın hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində 406-cı, Azərbaycan bankları sırasında isə 6-cı yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət