Azərbaycanın daxili bazarında neft məhsullarının həcmi 2007-ci ilin yanvar-may aylarında 1 mln. 789,7 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
“Mazut 57,3%, avtomobil benzini – 15,8%, dizel yanacağı - 14,5%, kerosin – 9,2%, digər neft məhsulları – 3,2% təşkil edib”,-deyə Komitədən bildirilib.
Neft məhsullarının ümumi həcmindən 54% mühərrik yağı, 49,1% dizel yanacağı, 27,7% avtomobil benzini, 3,2% mazut ARDNŞ-nin Marketinq və İqisadi Əməliyyatlar İdarəsinə verilib.
“Azpetrol” neft şirkəti 53,7% avtomobil benzini və 38,5% dizel yanacağı alıb.
“Azərbaycan hava yolları” Dövlət Konserninə 95,1% aviakerosin, Rusiyanın “LUKoyl” şirkətinə 18,6% avtomobil benzini və 10,1% dizel yanacağı, Xəzər dəniz gəmiçiliyinə 46% mühərrik yağı, 100% mühərrik yanacagı, 2,3% dizel yanacağı, “Azərenerji” SC-ya 93,5% odluq mazut verilib.
Neft emalı zavodlarının anbarlarında satılmamış məhsulun həcmi 2007-ci il iyun ayının 1-nə 34,9 mln. manat təşkil edib.
Anbarlarda 46,8 min ton mazut, 37,1 min ton dizel yanacağı, 19 min ton sürtkü yağları, 18,8 min ton avtomobil benzini, 23,1 min ton kerosin, 2,2 min ton digər neft məhsulları qalıb.Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət