Dünya Bankı (DB) bu ilin sonuna kimi Azərbaycana dəmiryolu infrastrukturunun yaxşılaşdırılması üçün $80 mln. kredit ayıra bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
“Əvvəlcə bankın Direktorlar Şurası bu layihənin kreditləşdirilməsi ilə bağlı məsələyə bu ilin birinci yarısının sonuna kimi baxmağı planlaşdırmışdı. Lakin layihə üzrə məsləhətləşmələr hələ də davam edir. Bu layihə çərçivəsində kreditləşdirmə təxminən bu ilin sonlarına kimi təsdiqlənə bilər ”, - deyə bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə bankın missiyası iyunda Bakıda olub və Azərbaycan hökuməti ilə məsləhətləşmələrin növbəti mərhələsini keçirib. “Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi tərəfindən investisiya proqramı hazırlanıb. Bankın ekspertləri bu proqram ətrafında, eləcə də onun reallaşdıerılmasında bankın rolu ilə bağlı müzakirələr aparıblar ”, - deyə o qeyd edib.
Agentliyin müsahibi Azərbaycanda dəmiryol sisteminin inkişafı layihəsinin bir sıra detallarının artıq hazır olduğunu bildirib. “İndi biz Azərbaycan Maliyyə Nazirliyinin bir sıra məqamlarla bağlı rəyini gözləyirik ”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, DB bu layihənin reallaşdırılması üçün kredit vəsaitlərini Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri əsasında təqdim etməyi planlaşdırır.
DB 2007-2010-cu maliyyə illərində əməkdaşlıq strategiyası çərçivəsində Azərbaycana $1,26 mlrd. məbləğində kredit verməyə hazırdır. Bu məbləğdən təxminən $500 mln.-u yol, eləcə də dəmiryolu infrastrukturunun yaxşılaşdırılması üzrə layihələrin reallaşdırılmasına yönəldiləcək.
Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Bankla əməkdaşlıq edildiyi dövr ərzində bank tərəfindən respublikaya 1 mlrd. dollardan artıq kredit verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət