İranın “Naftiran Intertrade Co. Limited” (NİCO) şirkəti Azərbaycanda sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün tətbiqi (EITI) üzrə qarşılıqlı anlaşma haqqında Memoranduma qoşulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.
““NİCO” şirkəti 2007-ci il iyun ayının 12-də Azərbaycanda EITI-nin reallaşması üzrə qarşılıqlı anlaşma haqqında Memoranduma qoşulmaq barədə müvafiq akt imzalayıb və 2006-cı ildə EITI üzrə altıncı hesabat üçün ayırmalarla bağlı məlumatları Azərbaycan hökumətinə təqdim edəcək”, - deyə mətbuat xidmətindən bildirilib.
Beləliklə, Azərbaycanda EITI-nin tətbiqi üzrə qarşılıqlı anlaşma haqqında Memorandum iştirakçılarının ümumi sayı 25-ə çatıb ki, bu da ölkənin bütün neft-qaz hasilatı sənayesini əhatə edir. Sənəd 2004-cü il noyabr ayının 24-də xarici və yerli neft şirkətləri, qeyri-hökumət təşkilatları koalisiyası tərəfindən imzalanıb. Sonradan “İnpex Azerbaijan”, “Binagadi Oil” və “Rafi Oil” şirkətləri də Memoranduma qoşulub.
Memoranduma əsasən karbohidrogen resursları hasil edən şirkətlər ildə iki dəfə hökumətə ayırmalar haqda məlumat təqdim etməlidir, hökumət də müvafiq olaraq həmin şirkətlərdən daxilolmalar haqda hesabatlar təqdim edir. Bütün informasiya auditor şirkətinin yoxlanması üçün təqdim olunur və şirkət onun əsasında hasilat sahəsi üzrə hökumətin gəlirlərinə dair rəy hazırlayır. Azərbaycan Şəffaflıq Təşəbbüsü çərçivəsində beş hesabat hazırlayıb və hazırda 2006-cı ilin yekunları üzrə altıncı hesabat hazırlanır.
Azərbaycan 2003-cü ildə Təşəbbüsə qoşulub. 2003-cü ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə EITI-nin reallaşması üzrə xüsusi komissiya yaradılıb.
“Mineral ehtiyatlar hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaqlıq Təşəbbüsü” ilk dəfə olaraq Böyük Britaniyanın baş naziri Toni Bler tərəfindən 2002-ci ilin sentyabr ayında Yohannesburqda keçirilən davamlı inkişaf üzrə Ümumdünya samitində irəli sürülüb. Bu təşəbbüsdən əsas məqsəd bu sahənin hesabına inkişaf edən ölkələrdə mineral ehtiyatlar hasilatı sahəsində əldə olunan mənfəət və kapital qoyuluşunun şəffaflığının artırılmasıdır.
Hazırda “NİCO” şirkəti “Şahdəniz” yatağının işlənməsi üzrə layihənin iştirakçısıdır və 100% iştirak payına malikdir.Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət