Gürcüstan parlamenti cümə günü 1944-cü ildə Cənubi Gürcüstandan deportasiya olunan Məshəti türklərinin vətənə qaytarılması barədə qanun layihəsini birinci oxunuşda müzakirəsinə başlayıb.
Parlament çoxluğunun liderlərindən olan Giqa Bokeriya qanun layihəsini təqdim edərkən Məshəti türklərinin öz doğma yurdlarına qaytarılması barədə qanunun qəbulunun Gürcüstan dövlətinin tarixi ədaləti bərpa etmək məqsədindən irəli gəldiyini qeyd edib. "Bununla yanaşı, belə mənəvi öhdəliyin yerinə yetirilməsi Gürcüstanın milli maraqlarını təhlükə altına almamalıdır ", - deyə G.Bokeriya əlavə edib. Onun sözlərinə görə "Gürcüstan bu problemi bağlayır və o, artıq ayrı-ayrı ölkələr tərəfindən təbliğat vasitəsi olmayacaq ".
Deputatın sözlərinə görə Məshəti türklərinin vətənə qaytarılması barədə qanun bu prosesin qaydalarını dəqiq müəyyən edir. "Birinci mərhələdə biz gerı qayıdan mühacirlərin sayının nə qədər olmasını müəyyən etməliyik. Təxminən bir il sonra biz bu məlumata malik olacağıq və bundan sonra biz bu prosesin tempini müəyyən edəcəyik", - deyə G.Bokeriya bildirib.
Parlament müxalifəti qanun qəbulunun sürətləndirilməsinin əleyhinədir. Müxalifət bunu Gürcüstanın yaxın illərdə on minlərlə türk ailələsini qəbul etməyə hazır olmaması ilə əsaslandırır. "Gürcüstanda Abxaziyadan və Cənubi Osetiyadan yüz minlərlə qaçqın olduğu halda Məshəti türklərinin köçürülməsi sosial partlayışa və yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər ", - deyə deputat Zviad Dzidziquri plenar iclasda bəyan edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət