Ötən həftə prezident İlham Əliyevin təsdiq etdiyi QHT-ə dövlət tərəfindən dəstək göstərilməsinə dair konsepsiya onların xarici donorlardan asılılığını zəiflədəcək. Bu barədə Milli Məclisin deputatı, QHT Milli Forumunun rəhbəri Azay Quliyev bildirib.
«Prezidentin QHT-ə dövlət tərəfindən dəstək göstərilməsinə dair konsepsiyanın təsdiqləməsi onlar üçün ciddi dəstək olacaq. Bu cəmiyyətdə dialoq üçün şərait yaradacaq, maliyyə yardımı isə QHT-in xarici donorlardan asılılığını zəiflədəcək»,- deyə A.Quliyev çərşənbə günü keçirilmiş “dəyirmi masa”da qeyd edib.
O vurğulayıb ki, bu konsepsiya siyasi islahatların keçirilməsini və ölkədə vətəndaş cəmiyyətinin yaradılmasını dəstəkləyəcək. “Konsepsiya Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin təbliğini, qaçqın və məcburi köçkünlərin maraqlarının beynəlxalq təşkilatlarda müdafiəsini, eləcə də vətəndaşların hüquq mədəniyyətinin inkişafını, ətraf mühitin qorunması sahəsində QHT-ə dəstəyin göstərilməsini nəzərdə tutur”.
Öz növbəsində, prezidentin İcra Aparatının ictimai-siyasət şöbəsinin sektor müdiri Ərəstun Orucov bildirib ki, konsepsiya QHT və dövlət orqanları arasında əməkdaşlığın inkişafına kömək edəcək.
«Konsepsiyada dövlət orqanları və QHT arasında əməkdaşlığın şəffaflıq, bərabərhüquqluluq və fəaliyyətin razılaşdırılması əsasında gücləndirilməsi, o cümlədən əməkdaşlığn inkişafına dair təkliflər öz əksini tapıb»,- deyə o qeyd edib.
Ə.Orucuv onu da əlavə edib ki, konsepsiyanın işlənməsi həmçinin QHT-in rolu haqqında müsbət ictimai fikrin yaranmasında və onların fəaliyyətinin aktivləşməsində də rol oynayacaq.
«Ölkədə mövcud olan QHT-in ümumi sayından təkcə 15%-i aktiv fəaliyyət göstərir. Bu isə o deməkdir ki, QHT-in imkanlarının heç də hamısıdan istifadə olunmur»,- deyə o vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət