Prezident İlham Əliyev ölkənin uğurlarından şəxsi mənafeləri üçün istifadə edən möhtəkirlərlə mübarizəni və antiinflyasiya qarşı tədbirlərinin gücləndirilməsini zəruri hesab edir.
Çərşənbə günü hökumətin 2007-ci ilin I yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş tərkibli iclasında prezident həmçinin bu dövrdə 16%-lik inflyasiyaya gətirib çıxarmış subyektiv amilləri də göstərib. O, hökumətə büdcə vəsaitlərinin məqsədli istifadəsini və bu prosesdə maksimum şəffaflığı təmin etməyi tapşırıb.
İ.Əliyev bildirib ki, son 3 il ərzində ölkədə ÜDM 3 dəfə artıb. I yarımildə ÜDM-nin həcmi 35% artıb və dünyada bunun analoqu yoxdur. Bununla yanaşı, sənaye istehsalının həcmi 35%, kənd təsərrüfatı məhsullarının həcmi 5%, əhalinin pul gəlirləri 37%, əmək haqları 26% artıb. Dövlət başçısı vurğulayıb ki, ölkənin valyuta ehtiyatları $5,1 mlrd-ı keçib. Onun sözlərinə görə, 2003-cü ilin oktyabrından indiyə qədər respublikada 572 min yeni iş yeri açılıb. Bunun 405 mini daimidir. İ.Əliyev vurğulayıb ki, əmək haqlarının artırılması və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi davam etdiriləcək.
Prezident Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum enerji layihələrinin və Bakı-Tiflis-Qars dəmiryolu dəhlizi layihəsinin gerçəkləşdirilməsi ilə bağlı razılıq ifadə edib. O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycan özünün enerji ehtiyatlarını birbaşa Avropa Birliyi bazarlarına çıxara biləcək.
Dövlət başçısının sözlərinə görə, tezliklə qaçqınların çadır şəhərcikləri ləğv ediləcək, ekoloji problemlər həll olunacaq, şəhərlərdə abadlıq işləri genişləndiriləcək. O bildirib ki, qısa müddət ərzində 2008-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanacaq. Bu büdcə keyfiyyət və kəmiyyət parametrlərinə görə 2007-ci ilin dövlət büdcəsini keçəcək.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, İ.Əliyev qeyd edib ki, onun nizamlanması yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bununla yanaşı, prezident ordunun müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin davam etdiriləcəyini bəyan edib. Onun sözlərinə görə, bu yaxınlarda Albaniyanın Ermənistana silah satmasının qarşısının alınması Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun parlaq nümunəsidir.
Hökumətin iclasında ölkənin bir sıra nazirlik və idarələrin rəhbərləri hesabatla çıxış ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət