Azərbaycanın xarici borcları 2007-ci ilin 1-ci yarısında 5,9%, yəni $2 mlrd. 089,1 mln. artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Bununla yanaşı, Maliyyə Nazirliyinin məlumatına görə, ilin birinci yarısında Azərbaycanın xarici borcları ÜDM üzrə 9,9% azalaraq 7,7% səviyyəsinə enib. Adambaşına borclar isə 4,5% artaraq $242,9 təşkil edib.
Xarici borcların strukturunda iqtisadi islahatların aparılması üçün alınan kreditlərin payına $374,4 mln. düşüb və 2007-ci ilin yanvar-iyununda onların həcmi 5% azalıb.
Eləcə də Beynəlxalq Valyuta Fondundan alınan kreditlər üzrə borclar 2007-ci il iyulun 1-də $113,5 mln. (azalma 16%), Dünya Bankından isə $260,9 mln. (artım 0,7%) təşkil edib.
Cari ilin iyulun 1-nə xarici layihələrin reallaşdırılması üçün cəlb olunan kreditlərin payına $1 mlrd. 714,7 mln. (artım 8,7%) vəsait düşüb.
O cümlədən, enerji sektoruna cəlb olunan kreditlərin payı 2007-ci il iyulun 1-nə $732,9 mln., kənd təsərrüfatı və suvarma üzrə $155,3 mln., yol tikintisi və nəqliyyat üzrə $329,2 mln., neft-qaz sahəsi üzrə $139,4 mln., kimya üzrə $33,4 mln., sosial sahə üzrə $166,7 mln., işğaldan azad olunan ərazilərin bərpası üzrə $43 mln., digər sahələr üzrə $114,8 mln.təşkil edib.
2007-ci ilin I yarısında Azərbaycan $164,6 mln. məbləğində kredit mənimsəyib.
Bu ilin yanvar-iyununda Azərbaycan xarici borcların ödənilməsinə $73,6 mln. vəsait yönəldib ki, bunun da $47,9 mln-u əsas borcun, $25,6 mln-u isə faizlər üzrə ödənişlərin payına düşüb.
İlin birinci yarısında dövlət büdcəsindən xarici borcların ödənilməsinə $22,8 mln.yönəldilib. Yerdə qalan məbləğ isə borc götürən müəssisələr tərəfindən ödənilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət