Azərbaycan Beynəlxalq Əməliyyatlar Şirkətinin (“Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə operator) səhmdarları Bakı-Novorossiysk neft kəməri üzərində operatorluğu Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) verilməsinə dair qərar qəbul edib. Bu barədə ABƏŞ-in quru əməliyyatları üzrə vitse-prezidenti Rəşid Cavanşir çərşənbə günü mətbuat konfransında bildirib.
«ABƏŞ-in bütün səhmdarları neft kəməri üzərində operatorluğu ARDNŞ-ə verməyə razı olub. Belə ki, AÇG blokundan neftin nəqlinə ehtiyac yoxdur. Biz hazırda bu məsələ ilə bağlı ARDNŞ-lə çalışırıq və bütün prosedurların tezliklə başa çatacağına ümid edirik.
Azərbaycan öz neftini 1997-ci ildən Bakı-Novorossiysk boru kəmər ilə nəql edir. Bu boru kəməri ölkə neftinin “AÇG-dən”dünya bazarlarına çıxışını təmin etmiş ilkin ixrac marşrutudur. AÇG-nin işlənməsi layihəsi çərçivəsində Bakı-Supsa boru kəməri tikilib, ötən il isə Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri istismara verib. BTC tam istismara verildikdən sonra ABƏŞ 2007-ci ilin aprelindən AÇG-dən neftin Bakı-Novorossiysk boru kəməri ilə nəqlindən imtina edib. O vaxtdan marşrutdan yalnız ARDNŞ istifadə edir.
2006-cı ildə Bakı-Novorossiysk boru kəmərilə 4,4 mln. ton neft (2 mln. 883 min ton ABƏŞ-in və 1 mln. 233 min ton isə ARDNŞ-in nefti) nəql edilib. 2007-ci ildə bu boru kəməri ilə Azərbaycan neftinin ixrac həcmi 2006-cı illə müqayisədə 2,5 dəfə azala və 1,71 mln. ton təşkil edə bilər.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları BP (34,1367% - operator), Chevron (10,2814%), ExxonMobil (8,0006%), Devon Energy (5,6262%), Amerada Hess (2,7213%), ARDNŞ (10%), Inрex Corр. (10%), ITOCHU Oil (3,9205%), Statoil (8,5633%) və TPAO (6,75%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət