Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2007-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 50 mln.manata yaxın həcmdə güzəştli kredit verib. Bu məlumatlar iqtisadi inkişaf naziri Heydər Babayevin rəsmi mətbuatda dərc olunan məqaləsində açıqlanır.
"2007-ci il dövlət büdcəsində SKMF-nun xəttilə sahibkarların kreditləşdirilməsi üçün 80 mln. manat nəzərdə tutulub. Fond bu vəsaitlərdən məbləği 50 mln. manata yaxın olan layihələrin maliyyələşdirilməsini təmin edib. Bu vəsaitlər Azərbaycanın 49 şəhər və rayonunda 434 layihənin reallaşdırılmasına yönəldilib", - deyə məqalədə bildirilir.
Ayrılan vəsait sənaye, ASK məhsullarının istehsali və emali, turizm infrastrukturunun yaradılması, xidmət sahəsinin inkişafı ilə əlaqədar layihələrin reallaşdırılmasını nəzərdə tutur.
"Bu layihələrin reallaşdırılması 6,5 min yeni iş yerinin yaradılmasına imkan verir", - deyə məqalədə qeyd olunur.
SKMF 1992-ci ildə yaradılıb. 2007-ci ildə fond dövlət büdcəsindən 74 mln. manat (daha 6 mln. manat Naxçıvan MR-da layihələrin krditləşdirilməsinə yönəldiləcək) vəsait alacaq. Sahibkarlara kreditlərin verilməsi müvəkkil banklar və qeyri-kredit təşkilatları vasitəsilə həyata keçirilir. Hazırda onların sayı 30-dan çoxdur. 2006-cı ildə SKMF sahibkarlara 90,1 mln. manat məbləğində kredit təqdim edib.
Xəbər verildiyi kimi, 2007-ci ilin yanvarından SKMF vasitəsilə sahibkarların kreditləşdirilməsini şərtləri dəyişdirilib. Yeni şərtlərə görə layihələr yalnız Müşahidə Şurasə tərəfindən bəyənildikdən sonra kreditləşdirilə bilər. Bundan başqa, SKMF-nun verdiyi kreditlər indi 5 qrupa bölünür: mikrikreditlər –1 min manat, kiçik həcmdə kreditlər– 1-30 min manat, orta kreditlər 30-100 min, böyük kreditlər –100 min – 1 mln. manat, eləcə də iri layihələrin maliyyələşdirilməsi – 1-3 mln. manat.
Yeni şərtlərə görə, mikrokreditlər və kiçik kreditlər 2 illik, orta kreditlər 3 illik, böyük kreditlər 5 illik və iri layihələrin layihələşdirilməsi 7 illik müddətə verilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət