Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi aktivləri 2007-ci il iyulun 1-də 131 mln. 766,1 min manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 47% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, sığortaçılar bu ilin 1-ci yarısında banklardakı depozitlərin həcmini 41,5% artıraraq 51 mln. 538,2 min manata çatdırıblar.
Sığorta şirkətlərinin uzunmüddətli depozitlərinin həcmi 3 mln. 736,3 mni manat (azalma 7 8,1%), uzunmüdətli qiymətli kağızlarda investisiyaların həcmi 124,5 min manat (azalma 32,6%) təşkil edib.
Nazirliyin məlumatına görə 2007-ci il iyulun 1-də sığorta şirkətlərinin qısamüddətli kapital qoyuluşlarının həcmi 4 mln. 948,6 min manat (artım 78,1%), qısamüddətli qiymətli kağızlarda investisiyaların həcmi 248,5 min (azalma 2,2 dəfə) təşkil edib.
2007-ci il iyulun əvvəlində sığorta şirkətlərinin əsas fondları 20 mln.688 min manat (artım 34,7%), kapitallaşmanın ümumi həcmi 53 mln. 894,7 min manat (artım 28,7%), əlavə kapitalın həcmi 6 mln. 717 min (artım 91,2%) təşkil edib.
2007-ci ilin 1-ci yarısında sığorta şirkətlərinin ümumi gəlirləri 94 mln. 668,7 min manat, xərclər 84 mln. 799,5 min manat təşkil edib. Beləliklə, sığortaçıların vergidən öncəki mənfəəti 9 mln. 869,2 min manat təşkil edib.
Cari ilin yanvar-iyun aylarında sığortaçılar tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 1 mln.014,2 min manat təşkil edib.
Dəqiqləşdirilmiş məlumatlara görə Azərbaycanda sığorta şirkətlərinin tədiyyələrinin həcmi 2007-ci ilin 1-ci yarısında 70,15 mln. manat təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 60,6% artıb. 2007-ci ilin birinci yarısında sığortaçılar sığorta halları üzrə 16,62 mln. manat ödəyiblər ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 45,2% azdır.
Maliyyə Nazirliyi 2007-ci ildən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin bank depozitləri, investisiyaları haqda məlumatları dərc edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət