Maliyyə Nazirliyi “Standard Insurance” sığorta şirkətinin yoxlanmasına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyi dövlət sığorta nəzarəti şöbəsinin rəisi Namiq Xəlilov məlumat verib.
“Biz hazırda “Standard Insurance” və dövlət “Azərsığorta” şirkətlərinin fəaliyyətini yoxlayırıq. Hələlik heç bir pozuntu aşkarlanmayıb”,-deyə N.Xəlilov bildirib.
Onun sözlərinə görə yaxın vaxtlarda Maliyyə Nazirliyi “Məcburi sığorta növləri haqqında” qanun layihəsini ekspertiza üçün Nazirlər Kabinetinə təqdim edəcək.
N.Xəlilov deyib ki, nazirlik sığorta xidmətinin bütün spektrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. “Azərbaycanda həyat sığortası hələlik inkişaf etməyib. İnkişaf etmiş ölkələrdə sığortanın bu növünün payına tədiyyələrin ümumi həcminin 55-60%-i düşür. Bizdə isə bu göstərici 1%-dən azdır. Bazarın bu seqmentinin zəif inkişaf etməsinin səbəbləri var və biz sığortanın bu növünü inkişaf etdirməyi qarşımıza vəzifə qoyuruq”,-deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, 2007-ci ildə Maliyyə Nazirliyi 10 sığorta şirkətində yoxlama aparılmasını planlaşdırır. Hələlik nazirlik iki şirkətdə - “Azalsığorta” və “Beynəlxalq sığorta şirkəti”ində yoxlamalar aparıb.
“Standard Insurance” Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkətin səhmdarı bir hüquqi şəxsdir. Şirkət ölkənin aparıcı sığorta üçlüyü sırasına daxildir. “Standard Insurance”ın tədiyyələri 2007-ci ilin birinci yarısında 7,6 mln.manat, ödənişləri 1,25 mln. manat təşkil edib.
“Azərsığorta” 1991-ci ildə yaradılıb. Nizamnamə kapitalı 1,6 mln. manat təşkil edir. Şirkət Azərbaycanda geniş şaxəli sığorta agentlikləri (79) şəbəkəsinə malikdir. “Azərsığorta” tədiyyələrin həcminə görə ölkənin 5 aparıcı sığorta şirkətləri sırasına daxildir. 2007-ci ilin 1-ci yarısında şirkətin tədiyyələri 9,75 mln. manat, ödənişləri 3,72 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət