Azərbaycan Səhiyyə Nazirliyi və Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) çərşənbə günü Bakıda ailə planlaşdırmasına həsr olunmuş yeni “NAR” milli kampaniyasına başlayıb.
“Azərbaycanda ailə sağlamlığının qorunub saxlanması yollarından biri kimi Səhiyyə Nazirliyi və ABŞ hökumətinin ailə planlaşdırması sahəsində əməkdaşlığı ölkədə gələcək nəslin sağlamlığı naminə birgə qoyduğumuz ən mühüm kapitaldır”,-deyə ABŞ səfiri Enn Dersi yeni “NAR” kampaniyasının təqdimat mərasimində bildirib.
O qeyd edib ki, “sözügedən kampaniya ailə planlaşdırması yolu ilə azərbaycanlı qadınların və uşaqların sağlamlığının, rifahının yaxşılaşdırılmasına xidmət edir”.
“NAR” kampaniyası USAİD-in maliyyə dəstəyi, Səhiyyə Nazirliyi və digər rayon səhiyyə idarələri və yerli icmaların əməkdaşlığı ilə Azərbaycanda reallaşdırılan beşillik ACQUIRE layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2004-cü ildən respublikanın 14 rayonunda reallaşdırılır və qadınların, o cümlədən ailələrin sağlamlığının yaxşılaşdırılmasına yönəlib. Kampaniyada məqsəd müasir kontrasepsiyanın hamiləliyin planlaşdırılmasında ən sağlam metod olması barədə ictimaiyyətə məlumat verməkdir.
USAID-in Azərbaycan üzrə koordinatoru Skot Teylor bildirib ki, tezliklə layihə Bakı və Abşeronu əhatə edəcək.
“İlin sonunadək layihənin fəaliyyət sahəsinə Bakı və Abşeron da daxil olacaq. Ümidvaram ki, “NAR” milli kampaniyası ictimaiyyətin sağlam ailə planlaşdırması məsələsinə marağının artmasına təkan verəcək”,-deyə S.Teylor vurğulayıb.
Milli kampaniya reklam roliklərinin nümayişini, həmçinin Ağsu, Göyçay, Kürdəmir, İsmayıllı, Şamaxı, Şəki, Bakı və Abşeronda sağlamlıq festivallarının keçirilməsini nəzərdə tutur.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət