Dövlət Gömrük Komitəsi hökumətə gömrük vergilərinin qoyulduğu mal və materiallarının siyahısını genişləndirməyi təklif edir. Bu barədə DGK sədri Aydın Əliyev jurnalistlərə cümə axşamı məlumat verib.
"Gələn il DGK-nın vergi və rüsum yığımı planı 1,1 mlrd. manat (42,8% artım - İF) səviyyəsində proqnozlaşdırılır. Bu planı yerinə yetirmək üçün biz öz təkliflərimizi hökumətə təqdim etmişik və hazırda onlar müzakirə olunur", - deyə A.Əliyev bildirib.
Onun sözlərinə görə, DGK xüsusilə Azərbaycanda istehsal olunan bir sıra neft məhsullarından aksizlərin alınmasını təklif edir. "Bu, əsasən sürtkü materiallarına aiddir", - deyə A.Əliyev qeyd edib.
Bundan əlavə, DGK Azərbaycana idxal zamanı ƏDV ödənişindən azad olunan malların siyahısını xeyli azaltmağı təklif edir.
"Biz bir çox mallara ƏDV üzrə güzəştləri aradan qaldırmağı təklif edirik. Bu, toxum, müəyyən ehtiyat hissələri, kənd təsərrüfatı texnikası kimi mallara aiddir. Bununla yanaşı, kredit, müəssisələrin təsisçilərinin öz vəsaitləri hesabına, o cümlədən müəssisələrin nizamnamə kapitalının formalaşdırılması üçün avadanlıq idxalı zamanı vergiqoyma sisteminin müəyyən edilməsi ilə bağlı təklif irəli sürmüşük. Bu gün həmin sistemdə müəyyən uyğunsuzluq var və biz bu məsələləri tənzimləməyi təklif edirik", - deyə o bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət