Maliyyə Nazirliyi avrobondların debüt həcminin buraxılışını $500 milyonadək artıra bilər. Bu barədə məlumatı jurnalistlərə cümə axşamı maliyyə naziri Samir Şərifov verib.
Əvvəllər avrobondların debüt həcminin $300 mln. təşkil edəcəyi bildirilirdi.
“Hökumət 5 il müddətinə nəzərdə tutulan avrobondlar buraxmağı planlaşdırır. Bununla yanaşı, emissiyaların həcmi 500 milyon dollaradək artırıla bilər”,- deyə S. Şərifov bildirib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyi avrobondların buraxılması üçün hazırlıq işlərini bitirib.
“Biz şərait nöqteyi-nəzərindən münasib məqam axtaracağıq. Maliyyə bazarlarında böhran artır, bu da öz növbəsində yüksək riskli çantalara mənfi təsir göstərir”,- deyə o, bildirib.
Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, maliyyə idarəsi bu vəziyyətdə, vəsaitləri münasib hesab etdiyi faizlərlə cəlb etmək üçün hadisələri diqqətlə izləyəcək. “Bu gün vəziyyət bunu etməyə imkan vermir. Ona görə də biz avrobondların buraxılışını təxirə də sala bilərik”,- deyə o, əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycan cari ilin oktyabrında avrobondlar buraxmağı planlaşdırır.
Maliyyə Nazirliyi Deutsche Bank AG London və Citigroup Global Markets Limited şirkətlərini avrobondların debüt buraxılışının lid-meneceri seçib. Avrobondların buraxılışı üzrə Maliyyə Nazirliyinə hüquqi məsləhəti Britaniyanın Arnold&Porter (UK) LLC şirkəti göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət