Azərbaycan prezidenti İlham Əliyev Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq dəniz limanının tikintisi haqqında sərəncam imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Aparatından məlumat verilib.
“Ələtdə yeni dəniz limanının inşası Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinin tikintisi başa çatdıqdan sonra yükdaşımaların artırılmasına, Bakının mərkəzindəki dəniz limanının ekoloji cəhətdən təmizlənməsinə, həmçinin şəhərdəki nəqliyyat gərginliyinin qismən aradan qaldırılmasına yönəldilib”,- deyə cümə günü rəsmi mətbuatda dərc olunan sərəncamın mətnində bildirilir.
Sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bir ay ərzində yeni dəniz limanının tikintisi üçün Ələtdə torpaq sahəsi ayırmalıdır.
Nazirlər Kabinetinə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və yeni liman kompleksinin tikintisi üçün vəsait ayrılması tapşırılıb. Bundan əlavə, Nəqliyyat Nazirliyi yeni limanın tikintisi üçün sifarişçi təyin olunub.
Yeni liman kompleksinin inşasından sonra hazırkı Bakı Dəniz Limanının ərazisi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə veriləcək.
Xəbər verildiyi kimi, Ələtdə yeni liman kompleksinin tikintisi $400 mln. məbləğində qiymətləndirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət