İqtisadi İnkişaf Nazirliyinin Dövlət Antiinhisar Xidməti ABC firmasının mağazasında (Bakıda audio-video məhsullarının əsas satıcısı) saxta və pirat DVD məhsullarının satışını aşkar edib.
Nazirliyin məlumatında deyilir ki, saxta məhsullar xidmətin ABC mərkəzi mağazasında apardığı monitorinq zamanı aşkar olunub.
"Monitorinq zamanı satışda naməlum mənşəli DVD məhsullar aşkar edilib. Bundan başqa, firmanın mağazasında xarici filmlərin surətləri müştərilərə original məhsul adı altında satılıb", - deyə qeyd olunur.
Reyd nəticəsində 2,384 min ədəd pirat DVD məhsulları aşkar edilib.
"Firma rəhbərliyi qanunvericiliyə uyğun olaraq cərimə olunacaq. Aşkar edilmiş pirat məhsullar isə məhv ediləcək", - deyə məlumatda vurğulanır.
Xidmətin qiymətləndirmələrinə görə, hazırda respublikada satılan audio və video məhsullarının 70%-i saxta və pirat məhsullardır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət